İranlı səfir media qurumlarının Ankara-Tehran münasibətinə təsirindən danışdı


Eastnews.org-un verdiyi xəbərə görə, İranın Ankaradakı səfiri Məhəmməd İbrahim Tahiryan Fard Türkiyənin "Səadət Partiyası" sədri Təməl Karamollaoğlu və partiyanın yüksək səviyyəli rəsmilərindən ibarət nümayəndə heyəti ilə İranın Ankaradakı səfirlik binasında görüş keçirib.


Məhəmməd İbrahim Tahiryan Fard hər iki ölkənin tarix boyu münasibətlərində çətin sınaqlardan uğurlu çıxmasını, çətin anlarda bir-birinə dəstək olduğunu bildirib.


İranlı səfir bəzi media orqanlarının birtərəfli təbliğatına toxunaraq, "Mətbuat nümayəndələri iki ölkənin münasibətlərinə düşmənçilik bəsləyənlərə xidmət və bu işdə mənfi rol almamaları barədə diqqətli olmalıdır. Çünki bu pis niyyətli düşmənlərin bütün səyi, həssas mühit yaradıb mediadan istifadə edərək, iki ölkəni bir-birindən ayırmağa yönəlib", - sözlərini vurğulayıb.


"Səadət Partiyası" sədri Karamollaoğlu bəzi qrupların iki ölkə arasındakı yaxın əlaqələri zədələməyə çalışdığını bildirərək, "Dövlətimiz bu məsələdə kifayət qədər həssaslıq göstərir və biz də buna görə məmnunluğumuzu bildiririk", - deyə qeyd edib.


Karamollaoğlu iki ölkənin mübahisə mövzularından uzaqlaşaraq ortaq mövzular üzərində köklənməli olduğunu qeyd edərək, "Ölkələrimiz bütün sahələrdə fikir birliyi təmin edərək, siyasi, iqtisadi və mədəni əməkdaşlığını inkişaf etdirib bölgədə də sülh və sabitliyi yaratmalıdır", - sözlərini diqqətə çatdırıb.




Mənbə: Rasthaber Oxunub: 199 dəfə; Tarix: 2016-12-29 17:09:24
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında