Nigeriyada "Boko Haram" əməliyyatı; 1240 nəfər nəzarətə götürüldü


Eastnews.org-un verdiyi xəbərə görə, Nigeriya ordusu tərəfindən Borno əyalətində "Boko Haram"a qarşı keçirilən əməliyyatlarda terror təşkilatının üzvü olmaqda şübhəli bilinən təxminən 1240 nəfər saxlanılıb.


Nigeriya Prezidenti Məhəmməd Buxari də terror təşkilatının son "qalası" Sambisa meşəliyindən çıxarıldığını açıqlayıb.


Borno əyalətindəki əməliyyatlara qoşulan general Laki İrabor Sambisa meşəsində təxminən 1240 nəfərin təşkilatla əlaqəsi olduğu şübhəsilə nəzarətə alındığını deyib.


"Şübhəliləri "Boko Haram" təşkilatına üzv olub-olmadıqlarıyla bağlı mühakimə edirik, çünki Sambisa meşəsində təşkilata üzv olmadan yaşamaq mümkün deyil", - deyən İrabor nəzarətə götürülən şübhəlilərdən 413-nün kişi, 323-nün qadın, 251-nin oğlan uşağı və 253-nün qız uşağı olduğunu bildirib.




Mənbə: Sputnik Oxunub: 197 dəfə; Tarix: 2016-12-29 10:35:11
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında