Konqoda silahlıların hücumu zamanı öldürülənlərin sayı 35-ə çatıb


Eastnews.org-un verdiyi xəbərə görə, Konqo Demokratik Respublikasının şərqindəki kəndə silahlı şəxslərin hücumu nəticəsində öldürülənlərin sayı 35 nəfərə çatıb.


Ehtimal edilir ki, Uqandanın milli azadlıq ordusunun 4 silahlısı Şimali Kivunun vilayətinin bir neçə kəndinə hücum ediblər. Konqo Demokratik respublikasının hərbçiləri onları zərərsizləşdirməyə nail olub.


Qeyd edək ki, ilkin məlumatda hücum zamanı 21 nəfərin öldürüldüyü bildirilirdi.


Xatırladaq ki, dekabrın 25-də də Konqo Demokratik Respublikasının Şimali Kivu vilayətində üsyançıların hücumu nəticəsində xutu etnik qrupunun ən azı 13 nümayəndəsi qətlə yetirilib. Ehtimal olunur ki, üsyançılar bu şəkildə ötən həftə 17 dinc nande nümayəndəsinin öldürülməsinin qisasını alıblar. 

 




Mənbə: Report Oxunub: 199 dəfə; Tarix: 2016-12-26 22:55:28
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında