Lavrov ilə Çavuşoğlu arasında telefon danışığı olub


Eastnews.org-un verdiyi xəbərə görə, Rusiya xarici işlər naziri Sergey Lavrov ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun bu gün telefon danışığı apardığı qeyd olunub.


Rusiya Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Ankaranın tələbi ilə reallaşan danışıqda Çavuşoğlu Soçidə qəzaya uğrayan Tu-154 təyyarəsi ilə əlaqədar olaraq rusiyalı həmkarına başsağlığı verib.


Lavrov və Çavuşoğlu daha sonra Rusiya, Türkiyə və İranın imzaladığı Suriya bəyannaməsinin prinsiplərinə uyğun olaraq terror təşkilatlarıyla mübarizə səylərində artım çərçivəsində Suriya daxilində silahlı münaqişələrin dayandırılmasına yönəlik vəzifələri müzakirə edib.




Mənbə: Sputnik Oxunub: 174 dəfə; Tarix: 2016-12-26 21:39:50
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında