İran ordusunun irimiqyaslı təlimləri başladı


Eastnews.org-un verdiyi xəbərə görə, İranın cənubunda “Səma müdafiəçiləri-Vilayət-2” adlı irimiqyaslı hərbi təlimlər başlayıb.


Bunu ölkənin “Xatəmül-Ənbiya” Hava Hücumundan Müdafiə Qərargahının rəisi general-leytenant Fərzad İsmaili bildirib.


Onun sözlərinə görə, təlim 496 kv km ərazidə 5 gün davam edəcək: “Hərbi təlimlər İranın Oman dənizi və körfəzdəki 3 adasındakı hava və su sərhədlərini əhatə edəcək”.


F.İsmaili deyib ki, təlimlərdə İnqilab Keşikçiləri Qvardiyasının Hava Hücumundan Müdafiə bölmələri, dəniz donanmasının əməliyyata nəzarət hərbi hissələri, artilleriya və müşahidə tağımları iştirak edəcək. 

 




Mənbə: Report Oxunub: 258 dəfə; Tarix: 2016-12-26 17:40:19
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında