Moskvada terror həyəcanı; 3 min nəfər təxliyyə edildi


Eastnews.org-un verdiyi xəbərə görə, Rusiyanın paytaxtı Moskvada terror xəbərdarlığı ehtiva edən telefon zəngi gəlməsindən sonra Kazan, Yaroslav və Leninqrad dəmiryol stansiyalarından təxminən 3 min nəfər təxliyyə edilib.


Bu barədə məlumat verən fövqəladə hal rəsmisi "Terror xəbərdarlığı ehtiva edən telefon zənglərinin gəlməsindən sonra Kazan və Leninqrad qatar stansiyalarının hər birindən təxminən min nəfər təxliyyə edilib. Yaroslav dəmiryol vağzalından da 750 nəfər təxliyə edilib", - deyə bildirib.


Səlahiyyətli qatar stansiyalarına xüsusi təlim görmüş itlərinin gəlməsinin gözləndiyini də əlavə edib.


Həm Kazan, həm Leninqrad, həm də Yaroslav qatar stansiyaları Moskvanın mərkəzində və bir-birinə çox yaxın məntəqələrdə yerləşir. Hər gün minlərlə insan bu stansiyalardan istifadə edir.




Mənbə: Sputnik Oxunub: 195 dəfə; Tarix: 2016-12-26 14:52:03
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında