General Səudiyyə Ərəbistanı və İsrailin məğlub olduğunu açıqladı


Eastnews.org-un verdiyi xəbərə görə, İran İslam Respublikasının İnqilab Keşikçiləri Korpusunun baş komandanı general-polkovnik Məhəmməd Əli Cəfəri Səudiyyə Ərəbistanı və İsrailin regiondakı planlarının baş tutmadığını açıqlayıb.


"İslam inqilabının düşmənlərinin əvvəldən planlarından biri də hava təhlükəsizliyimizi pozmaq olub. Lakin Hava Mühafizə Təşkilatı və bura tabe olan qurumlar planları tamamilə pozub",deyə Məhəmməd Əli Cəfəri diqqətə çatdırıb.


Məhəmməd Əli Cəfəri Tehranda təşkil edilən tədbirdə bildirib ki, İranın düşmənləri bu ölkənin beynəlxalq nüfuzuna ziyan vurmaq üçün daima çalışırlar.


"Onlar biz inqilabı reallaşdıran gündən bunu edirlər. Lakin biz İnqilab Keşikçiləri Korpusunu yaradaraq onların bu istəklərinə daima mane olduq", - deyə Məhəmməd Əli Cəfəri çıxışında qeyd edib.


General-polkovnik Səudiyyə Ərəbistanı və İsrailin regionda məğlub olduğunu sözlərinə əlavə edib.




Mənbə: İSNA Oxunub: 138 dəfə; Tarix: 2016-12-26 11:25:49
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında