Türkiyəni radikallığa aparan "Maraş qətliamı" və imperialistlərin məqsədi - Araşdırma


Türkiyədə son illər radikal qruplaşmaların fəallaşması ağıllara bu sualı gətirir: Terrorçular, radikallar bu ölkədə nə vaxtdan fəaliyyətə başladı? 


Bu sualın cavabını tapmaq üçün 1970-ci illərə getmək lazımdır. Bildiyiniz kimi Türkiyə sekulyar və parlament idarə etmə sisteminə malik Respublikadır. Yəni ölkədəki qanunlar şəriət yox dünyəvi qanunlardır. Lakin "Amerika İslamı" adladırılan İslamçılıq idealogiyasını daha çox mənimsəyən zənnimcə Türkiyədəki bəzi ünsürlər oldu. Tarixdə 1978-ci ilin 26 dekabr tarixində baş verən "Maraş Qətliamı" əslində ABŞ və İmperialist qüvvələrin marağına səbəb oldu. 


Bəs Türkiyənin Qəhrəman Maraş deyilən Vilayətində nə baş vermişdi? 26 dekabr hadisələri niyə "Maraş qətliamı" adlandırılır ?


Əvvəla oxucuların diqqətinə çatdıraq ki, 12 sentyabr hərbi çevrilişində birbaşa ABŞ hökumətinin əli olub. 


Türkiyənin məşhur və mərhum jurnalisti Mehmed Əli Birand müəllifi olduğu “12 sentyabr 04.00 (1984)” adlı kitabında Amerika Birləşmiş Ştatları rəhbərliyinin hərbi çevrilişdən xəbərdar olduğu və hadisə baş verən gecə ABŞ prezidenti Cimmi Karterə "bizim uşaqlar işi bitirdi" mesajını göndərdi.


Kitabda 12 sentyabr hərbi çevrilişi baş verən zaman dövrün ABŞ Milli Təhlükəsizlik Şurası Türkiyə bürosunun nümayəndəsi Paul Henzenin hərbi çevriliş barədə məlumat alarkən diplomatın ona "your boys have done it" – "sizin uşaqlar işi bitirdi" – deməsi qeyd olunub. Mehmet Ali Birandın bu iddiaları ortaya atması nəticəsində müzakirələr baş qaldırdı. Təbii ki, Paul Henze 2003-cü ildə Zaman qəzetinə verdiyi açıqlamada deyilənlərin Mehmet Ali Birandın uydurması olduğunu bildirmişdi. Ancaq qısa bir müddət sonra Birand 2007-ci ildə Henze ilə görüşməsinin səsli və videogörüntülərini yaymışdı. Bununla da Mehmed Əli Birandın iddiası təsdiq olunmuşdu.    

(Bizim uşaqlar işi bitirdi)


12 sentyabr 1980-cı ildə Kənan Evrenin liderliyində reallaşan hərbi çevrilişin baş vermə səbəblərindən biri olaraq "Maraş qətliamı" göstərilir.


Qayıdaq yenidən 1978-ci ilin dekabr hadisələrinə. 


19 dekabr axşam saat 21:00 Qəhrəmanmaraşdakı Çiçək Kinoteatrında məşhur aktyor Cüneyt Arkının baş rol aldığı və milliyətçi fil olaraq məşhurlaşan "Günəş nə vaxt çıxacaq" filmi nümayiş olunur. Birdən kinon nümayiş olunduğu zala partlayıcı maddə atılır və insanlar arasında bir-birilərini tapdalama, əzmə və yıxma ilə müşahidə olunan qarmaqarışıqlıq baş verir. Hadisəni eşidən milliyətçi gənclər Kinoteatrın həyətinə toplaşaraq "Qanımız axsa da qələbə İslamın" və "Müsəlman Türkiyə" şüarları ilə izdihamı hərəkətə keçirərək CHP-nin vilayət şöbəsi qarşısına yollanırlar. Partiyanın vilayətdəki qərargahı darmadağın edildi. 

(Radikalların ələvilər əleyhinə divarlara yazdığı şüarlardan)


20 dekabr əsasən ələvi vətəndaşların toplaşdığı "Yoruqsəlim məhəlləsi"ndəki çayxana bombalandı. Bomba partlayan zaman çayxanadakı insanlar yerə yatdı və xoşbəxtlikdən bomba çayxananın həyətindəki betona dəyərək içəriyə düşmədi deyə sadəcə "Qıjqın Dədə" adlı şəxs vəfat etdi. 

 

(Öldürlən ələvi ata və övladı (1))


21 dekabr günrota saatlarında Hacı Çolak və Mustafa Yüzbaşıoğlu adlı iki solçu olan ələvi müəllimlər sui-qəsd nəticəsində öldürüldülər. Qəhrəmanmaraş valisi Tahsin Soylu mərkəzi hökumətdən hərbi qüvvə göndərməyi xahiş edir. Amma hələ ki, bölgəyə hərbi qüvvələr göndərilmir. 

(Qəzetlərdə uşaqların öldürülməsi manşetə çıxarılıb)


22 dekabr tarixində milliyətçilər solçu ələvilərin cənazə mərasiminə qarşı çıxdıqları üçün cənazələr ortada qaldı. Təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə qarşılaşmayan milliyətçilər şəhərin mərkəzi bazarına yürüş edərək orada toplaşan ələvilərlə toqquşmağa başladılar. Toqquşmalarda 3 nəfər həlak oldu.


23 dekabr nisbətən sakit keçdi.


24 dekabr tarixində milliyətçilərin hücumları polislərə istiqamətləndi. Polisə ziyan gəlməsin deyə şəhərdəki bütün polislər vəzifələrini icra etməyi dayandırmaq tapşırığı aldılar. Vəziyyət belə olduğu üçün radikal sünnilər ələvilərə təzyiqləri artırdılar və şəhərdə xaos baş verdi. Hadisələrin qarşısını almaq üçün Qaziantep və Kayseridən Qəhrəmanmaraşa əlavə hərbi qüvvələr göndərildi. 26 dekabr gününün sonunda ümumilikdə 150 ələvi qətl edildi.

(Başqa bir qəzet başlığında qətliamlarda hamilə qadının cəsədi üzərində əməliyyat aparan həkim dəhşət verici anlar barədə açıqlama verib)


Hadisə şahidləri bəyan edir ki, qətliamlar o qədər vəhşicəsinə törədilib ki, uşaqların kütləvi şəkildə öldürülməsi görüntüləri qəzetlərdə yayımlananda Türkiyənin digər bölgələrində insanlar gördüklərinə inana bilməyib. Bir neçə insanın qətliam görüntülərinə dözməyərək ürək tutmasından öldükləri də iddia olunur.

(Ankaradan gələn Baş Prokuorluq işçisi cəsədlərin başı üzərində)


Türkiyənin o dövrdə baş qərargah rəisi olan, ordu generalı Kənan Evren hərbi çevriliş etmədən 2 il əvvəl İstanbul, Ankara, Qəhrəmanmaraş, Adana, Əlazığ, Bingöl, Ərzurum, Ərzincan, Qaziantəp, Qars, Malatya, Sivas və Şanlıurfada hərbi vəziyyət elan edir.


Bəzi ekspertlər hesab edir ki, Qəhrəmanmaraşda baş verən qətliam əslində hərbi çevrilişin reallaşmasını istəyən qüvvələr tərəfindən başladıldı və hərbi çevriş ilə yekunlaşdı. Mehmed Əli Birandın da dediyi kimi: "Uşaqlar bacardı".

("Maraş qətliamı"nda öldürülənlərin fotoları)


Gələk mövzumuzun əvvəlindəki suala. Türkiyədə sünni müsəlmanların əksəriyyət təşkil etməsi hər kəsə məlumdur. Amma Türkiyənin NATO-ya üzv olmasından sonra ölkədə radikal dindarların aktivləşməsi daha çox sezilən məsələlərdəndir. Daha bir maraqlı məqam ondan ibarətdir ki, hazırda Türkiyə iqtidarında olan AKP-nin bir çox rəhbər şəxsi İmam Xətib liseylərinin məzunlarıdır. Bu gün AKP həm də Suriyada terrorçuluqla məşğul olan "Nusra Cəbhəsi" də  daxil olmaqla bir çox qruplaşmaya dəstək verir. 1980-cı il  çevrilişindən sonra isə Türkiyədə ən çox İmam Xətiblərin fəaliyyət göstərməsi üçün şərait yaradılması heç kimə sirr deyil. Yəni məsələrin arxasında güman etmək çətin deyil ki, imperialist qüvvələr dayanır.

Qardaş ölkə Türkiyə barəsində sadəcə orada yaşayan müsəlmanların ayıq-sayıq olmasını və bəlalardan uzaq olmasını arzu etməkdən başqa əlimizdən bir şey gəlmir. Sonda bunu da qeyd edim ki, bu gün "Maraş qətliamı"nın 38-ci il dönümüdür...

 

İlkin Məmmədov




Mənbə: Eastnews.org Oxunub: 538 dəfə; Tarix: 2016-12-25 10:59:26
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında