Somalidə terrorçular mikroavtobusu atəşə tutdu; ölən və yaralananlar var


Eastnews.org-un verdiyi xəbərə görə, Somalinin cənubunda "Əş-Şəbab" terror qruplaşmasının silahlıları sərnişin mikroavtobusunu atəşə tutublar.


İnsident nəticəsində ikisi hərbçi olmaqla 7 nəfər ölüb, daha 6 nəfər xəsarət alıb.


Xəsarət alanlar xəstəxanaya çatdırılıb. Silahlılar hadisə yerindən qaçıblar.


Qeyd edək ki, "Əl-Qaidə" qruplaşması ilə əlaqəli olan "Əş-Şəbab" qruplaşması Somalidə terrorçu fəaliyyətlə məşğuldur. Qruplaşma ölkənin mərkəzi hakimiyyət orqanlarına qarşı silahlı mübarizə aparır.

 




Mənbə: APA Oxunub: 192 dəfə; Tarix: 2016-12-23 22:46:38
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında