Nigeriyada qaçırılan qızlardan 21-i sərbəst buraxıldı


Eastnews.org-un verdiyi xəbərə görə, Nigeriyada 2014-cü ildə "Boko Haram" terror təşkilatı tərəfindən bir məktəbə təşkil olunan hücumda qaçırılan 276 qızdan daha 21-nin sərbəst buraxıldığı açıqlanıb.


Bu barədə Prezident Administrasiyası mətbuat katibi Qarba Şehu açıqlama verib.


Açıqlamada ölkənin Borno əyalətində təşkilata qarşı son bir ay ərzində aparılan əməliyyatlarda isə azı 2 min nəfərin xilas edildiyi bildirilib.


Nigeriyanın şimal-şərqindəki Borno əyalətinə bağlı Çibok şəhərində bir internat məktəbinə 14 aprel 2014-cü ildə basqın təşkil edən "Boko Haram" üzvləri 276 qız şagirdi qaçırmışdı. Bu şagirdlərdən 57-si təşkilatdan qaçmağı bacarmışdı, ancaq 219-dan xəbər çıxmırdı.


Nigeriyada 2000-ci illərin əvvəlindən bu yana özünü göstərən, lideri Məhəmməd Yusifin polis nəzarətində ölməsindən sonra 2009-cu ildə kütləvi zorakılıq aksiyaları keçirməyə başlayan "Boko Haram" 17 minə yaxın insanın həyatını itirməsinə səbəb olub.




Mənbə: AA Oxunub: 194 dəfə; Tarix: 2016-12-23 12:25:49
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında