Tunis xalqı İsrailə etiraz etdi


Eastnews.org-un verdiyi xəbərə görə, tunisli təyyarə mütəxəssisi Məhəmməd Zəvvarinin Mossad tərəfindən öldürülməsindən sonra Tunis xalqı işğalçı İsrail rejimi əleyhinə aksiya keçirib.


Etirazçılar beynəlxalq araşdırmanın başladılmasını tələb ediblər.


Nümayişdə iştirak edənlər Tunis bayraqlarından əlavə Fələstin bayraqları da daşıyıblar.


Qeyd edək ki, 49 yaşındakı Məhəmməd Zəvvari ötən həftənin cümə axşamı günü şəxsi avtomobili ilə Safaqes şəhərində yolda gedərkən silahlı hücum nəticəsində həlak olub. O, təyyarə mütəxəssisi olub və Fələstin müqavimətinə məxsus pilotsuz təyyarələrin hazırlanmasında iştirak edib. HƏMAS hərəkatı isə açıqlamasında mütəxəssisin ölümündə Mossadın əlinin olduğunu açıqlayıb.




Mənbə: Shafaqna Oxunub: 165 dəfə; Tarix: 2016-12-21 18:57:03
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında