Rusiyalı səfirin qətli və türk mediasının saxtakarlığı - Araşdırma


Cari həftənin birinci günü Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov Ankarada silahlı terror hücumunda həyatını itirdi. Bu hadisə baş verən zamandan indiyədək hadisə barədə bir-birinə zidd olan xəbərlər yayılır.


Müxtəlif medialar müxtəlif qruplaşma və cərəyanları hədəfə alsalar da Rusiyanın Ankaradakı səfirinin terror edilməsinin əsas mahiyyəti və səbəbləri hələ də aydınlaşmayıb.


Hadisədən dərhal sonra Türkiyənin bəzi media qurumları Fətullah Güləni, bəziləri PKK-nı və bir dəstə də tanınmış terror qruplarını bu hadisədə günahkar bildilər. Amma həqiqətən bu hadisənin arxasında kimlərin, hansı qrupların dayandığı sual doğurur və şübhələr yaradır. Bu məsələnin aydınlaşması üçün mətbuatda daha dəqiq informasiyalar axtarmaq lazımdır.
 

İndiyədək məlum olan isə budur ki, Mərt Altuntaş adında 22 yaşlı cavan Türkiyənin polis akademiyasında təhsil almış zabitlərdən biridir və bu terror hücumunu da  o həyata keçirib.

رسانه‌های ترکیه عاملی دخیل در ترور سفیر روسیه / در حال تکمیل

Hadisədən əldə olunan görüntülərdə atəş açan şəxs səfiri öldürəndən sonra ərəb dilində sözlər deyir və sonra isə türkcə danışır: "Suriyanı unutmayın! Hələbi unutmayın! Bizim diyarımız təhlükəsizlik üzü görməyincəyə qədər siz də təhlükəsizlik üzü görməyəcəksiniz! Bu zülmdə əli olan hər kəs hesab verəcəkdir!".


Türkiyə mediası bu videogörüntü barədə müxtəlif şərhlər verdi və bu işdən əsas hədəfləri isə daha çox ümumi kütlənin fikrini ekstremizmin xeyrinə olaraq azdırmaq və çaşdırmaqdır. Amma görəsən həqiqətən də terror hücumunu həyata keçirən polisin hədəfi Hələbin intiqamını ruslardan almaq idimi?


Bu suala cavab vermək üçün əvvəlcə Suriyada son baş verənləri qısaca yenidən analiz etmək lazım gəlir. Hələb şəhəri Suriyanın strateji regionlarından biridir. Bu şəhər keçən həftə terrorçulardan təmizləndi. Bu məğlubiyyət ərəb-türk tərəfləri üçün o qədər ağır idi ki, zərbədən əks-təsir alıb siyasi naşılığa əl atdılar və "İslami Müqavimət" cərəyanı əleyhinə İran və Rusiyanın diplomatik yerlərinin önündə aksiyalar keçirdilər. رسانه‌های ترکیه عاملی دخیل در ترور سفیر روسیه / در حال تکمیل

Bu hadisələrin baş verməsinin əsas səbəblərindən biri isə Türkiyə mediasının radikal, ifratçı və ekstremist mövqe tutmasıdır. Türkiyə mediası mövcu ortaq maraqlar və işlərini itirmə qorxusundan hakim partiyanın siyasi xəttində addımlayır. Bundan öncə Türkiyə mediasında hakim partiya əleyhinə xırda-para tənqidlər görmək olurdusa bu gün artıq o da yox həddindədir. Bu günlərdə Türkiyə mediası hakim partiya tərəfindən daha çox ümumi kütlənin fikirlərini çaşdırmaq və azdırmaq üçün və ümumi atmosfer hakim partiyanın xeyrinə istifadə edilir. Bu iddianın isbatı üçün kifayətdir ki, İran, Suriya və Rusiya sözü bu ölkənin medialarında yer alsın. Dərhal görəcəksiniz ki, Hələbin işğaldan azad edilməsi barədə əsassız və yalan xəbərlər bütün medianı ələ alıb.


Medianın ümumi kütləni bu şəkildə aldatması və onları dini və milli radikalizmə yönəltməsi bəzilərini Türkiyədəki İran və Rusiya diplomatik mərkəzlərinin qarşısında aksiya keçirməyə həvəsləndirir.

رسانه‌های ترکیه عاملی دخیل در ترور سفیر روسیه / در حال تکمیل

Türkiyə mediası hadisələri elə təqdim edir ki, guya Türkiyə Suriya xalqının havadarıdır, Hələbdə heç bir terrorçu olmayıb, həmçinin İran və Suriya dinc xalqı qətliam edir. Bu cür yalan xəbərlərin xalqın beyninə yeridilməsinin nəticəsi idi ki, Rusiyanın səfiri bir sərgi tədbirində türk polisi tərəfindən terror hücumuna məruz qaldı.


Bütün bunlar göstərir ki, Hələbin azad edilməsi terrorçuların havadarlarını narahat edib, əsəbləşdirib və onlar da öz növbəsində tez-bazar bu qətl hadisəsilə əslində özlərinin terroru dəstəklədiklərini bir daha ortaya qoydular.
 

Türkiyədə baş verənlər göstərdi ki, ümumi kütlənin zehni azdırılıb. Çünki Hələbi belə canfəşanlıqla dəstəkləyən türklər nə üçün fələstinlilər üçün İsrail, bəhreynlilər üçün Bəhreyn, yəmənlilər üçün Ərəbistan səfirlikləri qarşısında aksiyalar keçirmirlər? Bəlkı bu ölkələrdə müsəlman xalqa tutulan divandan xəbərsizdirlərmi?
 

Halbuki Türkiyənin dövlət medialarında Yəmən, Bəhreyn və Fələstindən bir xəbər yoxdur, onlar bu ölkələrdə qətl olunan müsəlmanları görmürlər. Görünən isə budur ki, bu medialar artıq "şiə", "şiə yaraqlıları" sözlərini işlədir, "Həşd-Şabi" kimi xalq könüllülərini mənfi qələmə verir və terrorçu kimi tanıtdırır.

رسانه‌های ترکیه عاملی دخیل در ترور سفیر روسیه / در حال تکمیل


Bütün bunlar göstərir ki, hakim partiya ölkə mediasını özünə tabe edə bilib, media insanları aldadır və yaxın gələcəkdə avam kütlə burnunun ucundan oyananı görməyəcək.


Mürtəza Kərimi




Mənbə: İQNA Oxunub: 1162 dəfə; Tarix: 2016-12-21 12:54:41
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında