İraqda zəvvarlar üçün qəsəbə salındı - Foto


Eastnews.org-un verdiyi xəbərə görə, İraqın Kərbəla Bağdad yolu istiqamətində ziyarətçilər üçün tikilən "Seyyidul-Övsiya (ə)" qəsəbəsinin açılış mərasimi baş tutub.


Açılış mərasimi İslam peyğəmbəri həzrəti Məhəmmədin (s) və İmam Sadiqin (ə) mövlud günündə keçirilib.


Mərasimə Ayətullah Sistaninin nümayəndəsi Şeyx Əbdül-Mehdi əl-Kərbəlayi, siyasətçilər, ictimai xadimlər və fəallar qatılıb.


Çıxış edənlər bildiriblər ki, bu şəhərciyin memarlıq üslubu İslami incəsənət, modern və qədim memarlıq metodlarının gözəl tərkibidir. 


Şəhərciyin 1200 metr sahəsi olan bir məscidi, iki mərtəbəli bir tibb məntəqəsi, idarə binası,1400 metr sahəsi olan karvansarası, 500 metr sahəsi olan restoranı, 220 yaşayış binası və istirahət parkının olması mərasim iştirakçılarının diqqətinə çatdırılıb.


Bundan əlavə vurğulanıb ki, zəvvarlar üçün nəzərdə tutulmuş 11 istirahət zalı fəaliyyət göstərəcək. Bu zalların hər birinin ümumi sahəsi 800 metrdir və hamısı iki mərtəbəlidir.  


Yeni qəsəbənin digər özəlliyi budur ki, memarlıq üslubuna görə elə hiss olunur ki, sanki İmam Hüseynin (ə) hərəminin həyətlərindən biridir. 


Ayətullah Seyid Əli Sistaninin nümayəndəsi Şeyx Əbdül-Mehdi əl-Kərbəlayi çıxışında bildirib ki, hazırda maddi imkanlar olmadığı üçün icrası mümkün olmasa da gələcəkdə İran, Küveyt sərhədləri və digər bölgələrdə də Kərbəla və Ərbəin zəvvarları üçün xüsusi xidmət şəhərcikləri salınacaq.




Mənbə: İQNA Oxunub: 181 dəfə; Tarix: 2016-12-19 12:31:39
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında