Afrika İttifaqı BMT-dən veto haqqı istəyir


Eastnews.org-un verdiyi xəbərə görə, Afrika İttifaqının Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasında (BMT TŞ) veto hüququ, o cümlədən iki daimi nümayəndəlik tələb etdiyi bildirilib.


Əlcəzairin Oran şəhərində başlayan "Afrika Qitəsində Sülh və Təhlükəsizlik" mövzusunda 4-cü yüksək səviyyəli forumda iştirakı çərçivəsində Əlcəzair dövlət radiosuna danışan Afrika İttifaqının sülh və təhlükəsizlik üzrə səlahiyyətlisi İsmayıl Şarki "BMT TŞ-da bir  deyil, veto hüququ daxil olmaqla iki daimi nümayəndəlik istəyirik", - deyə vurğulayıb.


Əlcəzair vətəndaşı Şarki hazırda BMT TŞ-da sahib olduqları üç müvəqqəti nümayəndəliyə əlavə üç nümayəndəlik də istədiklərini bildirib.


Forumun məqsədinin Afrikanın beynəlxalq arenada birgə mövqeyini təmin etmək olduğunu deyən Şarki Liviya böhranı kimi qitədə baş verən böhranların kölgəsində birliyə daha çox möhtac olduqlarını qeyd edib.




Mənbə: Sputnik Oxunub: 122 dəfə; Tarix: 2016-12-19 11:57:44
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında