İngilis general: "Suriya müharibəsində məğlub olduq"


Eastnews.org-un verdiyi xəbərə görə, İngiltərə Baş Qərargahının keçmiş rəhbəri Devid Riçards qərb ölkələrinin Suriya müharibəsində uduzduğunu etiraf etməli olduğunu bildirib.


General Riçards cümə günü BBC radiosuna verdiyi müsahibədə bunları deyib: "Təəssüf ki, Suriya müharibəsində məğlub olduq, amma bu sülhü itirdiyimiz mənasına gəlmir. Bizim açıq bir strategiya müəyyən etməyimiz lazımdır. Mən qərb ölkələrinin siyasətçilərinin və liderlərinin bu məsələyə diqqət yetirməli olduğuna inanıram. Qərb ölkələrində açıq bir strategiya qüsuru var, amma buna qarşılıq olaraq Rusiya Prezidenti Vladimir Putin və Suriya Prezidenti Bəşər Əsəd bu strategiyaya malikdir. Bu iki prezidentin çox ağıllı şəkildə Qərb liderlərindən üstünlüyü var".


General Riçards Suriyadakı mövcud vəziyyəti nəzərə alaraq, bütün tərəflərdən ən qısa zamanda bu müharibəni dayandırmalarını istəyib.




Mənbə: BBC, Tasnim Oxunub: 676 dəfə; Tarix: 2016-12-17 15:43:00
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında