Ayasofiya məscidində 85 ildən sonra Quran sədası - Video


Eastnews.org-un verdiyi xəbərə görə, Türkiyənin rəsmi şəxslərinin iştirak etdiyi "Peyğəmbərə (s) sevgi" sərgisinin açılış mərasimində Türkiyənin "Ayasofiya" məscidi və tarixi muzeyində 85 il fasilədən sonra ilk dəfə olaraq Qurani Kərim tilavət olunub.


Quran tilavətinin videoçarxı sosial şəbəkə istifadəçiləri tərəfindən maraq və sevgi ilə qarşılanıb.


Qeyd edək ki, "Ayasofiya" 532-ci miladi ilində Bizans imperatorluğu dövüründə tikilmiş Məsihi kilsəsi olub. Bu kilsə Bizans imperatoru "Birinci Konistantin"in əmri ilə 100 mahir usta memarın nəzarətində olan 10 min işçi qüvvədən istifadə edilərək 5 il müddətində tikilib. Bu tikili ilk öncə "Böyük Kilsə" adlanırmış, sonralar isə "Ayasofiya" adlı ilə məşhurlaşıb.


Osmanlı İmperatoru 2. Sultan Məhəmməd İstanbulu fəth etdikdən sonra əmr verir ki, bu kilsə məscid kimi istifadə olunsun.


Türkiyədə "cümhuriyyət" yarandıqdan sonra Atatürkün göstərişi ilə Ayasofiya muzeyə çevirilib və bu günə qədər də muzey olaraq fəaliyyət göstərir.
 






Mənbə: İQNA Oxunub: 143 dəfə; Tarix: 2016-12-15 18:05:57
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında