İsrailli siyasi analitik Hələb barədə açıqlamalar verdi


Eastnews.org-un verdiyi xəbərə görə, israilli analitik Ehud Are İsrailin Hələbdə baş verən hadisələrdən məmnun olması üçün heç bir səbəbin olmadığını və Bəşər Əsədin hələ uzun müddət hakimiyyətdə qalacağını bildirib.


Ehud Are İsrailin "Kanal 2" televiziya kanalına verdiyi müsahibədə "Hələbdə atəşkəsin pozulma ehtimalı ilə Suriya Prezidenti Bəşər Əsəd bu ölkədəki müharibədə qazanılan qələbənin bir simvolu halına gəldi. Bəşər Əsəd daha uzun illər sarayında qalacaq və bu vəziyyət İran və "Hizbullah"a şimal sərhədlərində sərbəst fəaliyyət göstərmək imkanı verəcək. İsrailin Hələbdə baş verən hadisələrdən məmnun olması üçün heç bir səbəb yoxdur. İndi Amerikanın yeni Prezidenti Donald Tramp Putinə Əsəddən imtina etməsi üçün ağır əvəzlər ödəmədiyi halda, Bəşər Əsəd uzun illər sarayında qalacaq", - sözlərini diqqətə çatdırıb.


Analitik Hələbin tənəzzülünün 6 ildən sonra Suriya İnqilabı kimi xarakterizə edilən hadisənin tənəzzülü olduğunu bildirərək, "Tehranın dəstəyi altında olan Suriyanı həqiqi mənada heç nə təhdid etmir",  - deyə qeyd edib.


Ehud Are son olaraq bunları dilə gətirib: "Biz Dəməşqə təhdid yaratması üçün silahlı qruplara cənubdan yardım edə bilərdik, amma baş verən dəyişikliklərlə artıq bunu edə bilmərik".




Mənbə: Tasnim Oxunub: 280 dəfə; Tarix: 2016-12-15 16:29:00
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında