Terror dünyasının qara təbliğatı: Hələb yalanları - Araşdırma


Eastnews.org-un verdiyi xəbərə görə, Suriyadakı müharibənin ən kritik günlərində Suriya ordusunun Hələbdəki irəliləyişinə paralel olaraq mediada aparılan təbliğat da şiddətlənir.


Dünya miqyasında təbliğat aparan kanallarla bərabər Türkiyədə də Hələb haqqında yalan, yanlış məlumatlar qəsdən yayımlanır. Qəsdən verilən bəzi yalanların əsl hekayələri.


1. Suriya ordusunun işgəncə verdiyi iddia edilən uşaq:


"Twitter"də yer alan və "Əl-Qaidə" ilə əlaqəsini açıq şəkildə bəyan edən "Ceyşul Fəth" və Melih Gökçek tərəfindən gündəmə gətirilən videonun əsli isə tamamilə başqadır.



Videoda soyuq suyla uşağa işgəncə verən şəxs ASO dəstəkçisi Usame Abdudur. Yunanıstanın Çios (Saqqız) adasında suriyalı bir uşağı qaçıran Usamə bu videonu fidyə (pul almaq) üçün çəkib. Tam adı Usamə Əbdülfəttah Abdu olan bu adamın "Facebook" hesabı.

hjhvj

Bu hadisədən sonra aparılan tədqiqatlar Usamənin əslində videodakı uşağın atası olduğunu, bunu da pul üçün etdiyini ortaya çıxardı. Uşağın anası hər şeyi "Facebook" hesabından ifşa etdi. Bundan sonra Usamə saxlanıldı və uşaq "Praksis" adlı yardım təşkilatına verildi.


2. Yəməndə Səudiyyə tərəfindən hədəf alınan uşaqlar:



Ertem Şener tərəfindən türkcə sosial mediada yayımlan və çoxlu paylaşılan bu fotoşəkil isə Yəməndə çəkilib. Fotoda Səudiyyə Ərəbistanı təyyarələri tərəfindən evləri vurulan uşaqların bir yerə sığındığı görünür.

Ertem Şener isə şəkli paylaşaraq altında "Hələbin günahsız uşaqları bomba yağmasın deyə yalvarırlar" yazıb. Bu şəkil də sosial şəbəkədə kifayət qədər yayılmışdı.


3. İllərdir internetdə olan videonun Hələbdən yeni çəkildiyi iddiası:


Erhan Yemelek adı sosial media istifadəçisi tərəfindən paylaşılan video isə internetdə illərdir ki mövcuddur. Daha əvvəl Darkuş və digər İdlib bölgələrində çəkildiyi də irəli sürülən video Suriyadakı müharibə boyu dəfələrlə istifadə edilib. Videonun qətiyyən yaxın zamanda çəkilmədiyi və Hələbdən olmadığı görünür.


4. "Ordu qüvvələri sünniləri öldürür" yalanı


Müharibə boyu dəfələrlə səhv və yalan xəbərlərə imza atmış Adəm Özköse tərəfindən paylaşılan bu fotoşəkilin hekayəsinin isə tamamilə başqa olduğu məlum oldu. Adəm Özkösenin minlərlə baxışdan sonra sildiyi foto əslində illər əvvələ aiddir.



Fotonu bir az araşdırdıqda isə İŞİD-ə aid hesablar tərəfindən yayımlandığı görünür. Fotodakı cəsədlərin İŞİD tərəfindən edam edilən ASO üzvlərinə aid olduğu illər əvvəl xəbər saytlarında yayımlanıb.


5. Dünya və Türkiyə mediası tərəfindən tez-tez paylaşılan bir başqa yalan: Həyatda qalmaq üçün qaçan balaca qız


Yəqin ki, bütün bunlar içərisində ən maraqlısı ingiliscə və türkcə "Hələbdə ailəsi öldürülən və həyatda qalmaq üçün qaçan qız" başlığı ilə paylaşılan bu fotodur



Fotonun əsli isə ASO və "Əl-Qaidə" havadarlarının paylaşdığından çox fərqlidir. Fotonun Hiba Tavaci adlı müğənninin video klipindən götürüldüyü və üzərində bir az işləndikdən sonra mediaya təqdim edildiyi görünür.


6. Dəməşqdəki Yərmuk düşərgəsində olan fələstinlilər


Müharibə boyu bəlkə də, minlərlə dəfə sosial mediada dövriyyəyə buraxılan bu fotoşəkil Hələbin ordu nəzarətinə keçdiyi bu günlərdə yenə populyarlaşdı. Qarşıdurmaların ilk dövrlərinə aid olan bu fotoşəkildə olanlar Yərmuk qaçqın şəhərciyindəki fələstinlilərdir.



Fotodakı insanlar ordu tərəfindən hədəflənmir və ya ordudan qaçmırlar. Suriyanın illər əvvəl xilas etdiyi bu fələstinlilər düşərgələrinin silahlılar tərəfindən işğal edilməsindən sonra Suriya ordusu və hökuməti tərəfindən təşkil edilən köməyi gözləyir.


7. Hələbdə çəkildiyi deyilən fotonun Bənazir Buttoya qarşı edilmiş sui-qəsdə aid olması


Təbliğat müharibəsinə daxil olan körfəz mediası və bəzi ərəb sosial media istifadəçiləri də yalan məsələsində yüksək səviyyəyə çatıb. "Hələbdəki fəryad, Hələbdəki qətliamdan sonra çəkilən bir fotoşəkil" başlıqları ilə paylaşılan bu fotoşəkil isə Pakistanda Bənazir Buttoya təşkil olunan sui-qəsd sonra Con Mur tərəfindən çəkilib.


8. 5 illik yalan: Rejim əsgərləri və şiə könüllülər vətəndaşları basdırır!


Suriya müharibəsini təqib edənlərin illərdir ki, dəfələrlə rast gəldiyi bir başqa video da təkrarən "yeni" kimi paylaşılmağa başlandı.


İlk olaraq 2012-ci ildə yayımlanan bu video əvvəlcə inandırıcı olmağı bacarsa da, 2012-ci ildə BBC mütəxəssislərinin də daxil olduğu qrupun araşdırmalarından sonra yalan olduğu sübut olunmuşdu.


9. Səudiyyə və "İxvan" mediası Hələbdəki hadisələri təhrif etməyə davam edir: İŞİD hücumunu Suriya ordusunun üzərinə atdılar


İstər ərəb, istərsə də Qərb mediası tərəfindən çox paylaşılan bir başqa yalan isə İŞİD-in etdiyi hücumun Suriya ordusunun üzərinə atılmasıdır.


"Hələbdə rejim qüvvələri tərəfindən öldürülən mülki vətəndaşlar" kimi başlıqlarla paylaşılan bu şəkillərin əslinin isə ABŞ-lı Kayla Müllerin öldürüldüyü və İŞİD-in üzərinə götürdüyü hücum olduğu görünür.


10. İŞİD-in qırğınları yenə Suriya ordusunun üzərinə atıldı


Qərb kanalları və Türkiyə mediasına qədər bu günlərdə bir çox yerdə gördüyünüz bu şəkil də Hələbdən deyil. Olayın əsli isə yenə də Suriya ordusundan olduqca uzaqdır.



Hələbi itirməkdə olan "İxvan" və Əl-Qaidə"yə bağlı hesabların təbliğat apararkən ən çox müraciət etdikləri yalanlardan biri uşaq ölümləridir. Bu dəfəki foto yenə İŞİD-in qətliamına aidir. Foto 2014-cü ildə çəkilib. 2014-cü ildə dərc olunan xəbərdə İŞİD-in 7 uşağı qətlə yetirdiyi söylənir.




Mənbə: AMN, Rasthaber, Eastnews Oxunub: 4348 dəfə; Tarix: 2016-12-15 13:35:00
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında