İranda yaşayan sünni xətib vəhdət həftəsində bunları dilə gətirdi


Eastnews.org-un verdiyi xəbərə görə, İranın Bəndər Abbas şəhərinin imam cüməsi Seyid Əbdül Bais Qatali "Vəhdət Həftəsi" münasibətilə keçirilən tədbirdə çıxış edib.


Seyid Əbdül Bais Qatali çıxışı zamanı "Əgər bir cəmiyyət xeyir və yaxşılığını istəyirsə, inanclar və məzhəblər arasında separatçılığa və münaqişələrə səbəb olacaq münaqişələrdən uzaq durmalıdır. Birlik və bərabərlik içərisində ölkənizin irəliləməsini və inkişafını təmin etməlisiniz", - sözlərini dilə gətirib.


Seyid Əbdül Bais Qatali İslam ümməti arasında ayrı-seçkilik və bölünmələrdən çəkinilməli olduğunu vurğulayaraq, "Harmoniya içərisində olmayan bir cəmiyyət heç şübhəsiz havadarlarının yarısını itirəcək. Müsəlman bir gənc əgər İslama xidmət etmək istəyirsə, xidmət etməsi üçün yol açıqdır və yaxşı əxlaq, səy, harmoniya və başqalarına yardım ilə xalqın İslama maraq göstərməsini təmin edə bilər", - deyə bildirib.


Bəndər Abbas şəhərinin sünni imam cüməsi sözlərinə belə davam edib: "Ölkə və sistemi qorumaq, şiə və sünni olmaq üzrə hər bir iranlının vəzifəsidir və müxtəlif məzhəblər arasında məzhəbi və fiqhi inanclara hörmət göstərilməlidir. Cəmiyyət içərisində dinc şəkildə yaşanmalı və vəhdət təmin olunmalıdır. Biz şiə və sünninin münaqişəsiz, bir arada olduğu cəmiyyətdə yaşayırıq. Bu vəziyyətin özü İran İslam Respublikasında sünni icmasının əmin-amanlıqda olmasını təmin edir".


Qatali sünnilərin Hürmüzqan əyalətində söz azadlığının və təhlükəsizliyinin təmin olduğunu bildirərək bunları deyib:


"İyirmi ildən artıq müddətdir ki, 500 min əhaliyə malik olan Bəndər Abbasın imam cüməsiyəm və burada yüz min sünni var və indiyə qədər heç kəs mənim həmin xütbədə nə danışmalı olduğumu müəyyən etməyib. Sünnilər İran İslam Respublikası daxilində narahatlıqlardan uzaq şəkildə yaşayır. Bu gün qonşu ölkələrdə İŞİD-in ortaya çıxdığına şahid olmaqdayıq. Bu firqə vəhdət və birlik iddiasındadır, amma bütün tövhid tərəfdarları özlərinin qarşısındadır. Allah, Peyğəmbər və Quran üçü də dünyada müsəlman cəmiyyətinin vəhdət və birlik göstəricisidir".




Mənbə: Rasthaber Oxunub: 253 dəfə; Tarix: 2016-12-13 22:55:00
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında