Bütün dünyada eyni vaxtda Şeyx Zəkzakiyə azadlıq tələb olunacaq - FOTO


Eastnews.org-un verdiyi xəbərə görə, Bu gün ötən il Nigeriyada Peyğəmbərin mövludunun keçirilməsi zamanı şiələrin hüseyniyyəsində Nigeriya polisi tərəfindən həyata keçirilən qətliamın ildönümüdür.  
 

Nigeriya şiələrinin lideri Şeyx İbrahim Zəkzakinin evinə və evinin yaxınlığındakı Bəqiyətullah hüseyniyyəsinə hücum edərək 1000 nəfərə yaxın insanı qətlə yetirmiş və daha yüzlərə insanı həbs etmişdi. Şeyx Zəkzaki də yaralanaraq həbs edilib. Bir neçə gün öncə Nigeriya məhkəməsi Şeyx Zəkzakinin azad edilməsi və maddi təzminat ödənilməsi barədə qərar çıxartsa da, Nigeriya höküməti hələ də Şeyx Zəkzakini həbsdə saxlayır.

 

Bu gün müsəlman ölkələrində və dünyanın bir çox ölkələrin sosial şəbəkə istifadəçiləri Şeyx Zəkzakinin azadlığa buraxılması tələbi ilə aksiya keçirəcək. 

 

Aksiya iştirakçıları twitter sosial şəbəkəsində eyni vaxtda  #freezakzaky həştəqi ilə Şeyx Zəkzakiyə azadlıq tələb edəcək. 
 

Bakı vaxtı ilə "twitter" sosial şəbəkəsində isitfadəçilər saat 21:00-da #freezakzaky yazmaqla bu aksiyaya qoşula bilərlər.




Mənbə: Maide Oxunub: 218 dəfə; Tarix: 2016-12-13 16:11:32
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında