Nyu-Yorkda islamofobiya əleyhinə aksiya keçirildi - Foto


Eastnews.org-un verdiyi xəbərə görə, Nyu-Yorkun Raçestr şəhəri sakinləri islamofobiyaya etiraz olaraq "Braun Kraft" kilsəsinin önündə aksiya keçiriblər.


Ötən həftə iki müsəlman tələbə öz dini ayinlərini yerinə yetirmək üçün Raçestr şəhərinin "Braun Kraft" kilsəsinə gediblər. Lakin kilsə işçiləri onları gördükdə təhlükəsizlik əməkdaşlarına xəbər verib.


Buna görə də ötən həftənin bazar günü Nyu-York əyalətinin Raçestr şəhərinin vətəndaşları müsəlmanlara qarşı irqçi rəftarlara və islamofobiyaya etiraz olaraq "Braun Kraft" kilsəsinin önündə aksiya keçirib. Əllərində "Xristianları yenidən xristianlara oxşadın" şüarları yazılan plakatlar tutan aksiya iştirakçıları bildiriblər ki, bu cür davranışlara qarşı artıq dözümləri qalmayıb və kilsə hər cür islamofob rəftara, irqçiliyə qarşı öz qəti mövqeyini sərgiləməlidir.


"Braun Kraft" kilsəsinin baş keşişi Rab Katalani etirazçıların qarşısına çıxaraq baş vermiş hadisəyə görə üzr istəyib və kilsənin qapılarının hamının üzünə açıq olduğunu deyib.


Nümayişçilər kilsə əleyhinə deyil, cəmiyyətdəki irqçilik və islamofobiyaya etiraz etmək üçün toplaşdıqlarını və xristian icmalarından bu cür hadisələrin bir daha təkrarlanmaması üçün əllərindən gələni etmələrini istədiklərini bildiriblər.




Mənbə: IQNA Oxunub: 123 dəfə; Tarix: 2016-12-13 12:13:00
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında