Nigeriyada iki qız uşağı kamikadze kimi istifadə edildi


Eastnews.org-un verdiyi xəbərə görə, Nigeriyanın şimal şərqində yeddi və səkkiz yaşlarında iki qız uşağı bazarda təşkil olunan terror hücumunda istifadə edilib.


Polis Bornonun Maiduquri şəhərindəki hücumun bazarda izdiham olduğu vaxt həyata keçirildiyini açıqlayıb.


Qız uşaqlarından başqa hücum zamanı bir nəfərin öldüyü, 18 nəfərin də yaralandığı bildirilib.


Şahidlərin sözlərinə görə, azyaşlı qızlar partlayışları bir neçə dəqiqə fasilə ilə törədib. Onların ikisi də hadisə yerindəcə ölüb.


Hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb, ancaq "Boko Haram" üzvləri keçmişdə buna bənzər hücumlar təşkil edib.


Nigeriyanın şimal şərqində son həftələrdə bir sıra ölümlə nəticələnən hücumlar təşkil edilib.




Mənbə: BBC Oxunub: 152 dəfə; Tarix: 2016-12-12 16:55:00
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında