Hələb və Mosul müharibəsindən sonra dünyada yeni mövzu açılacaq - Təhlil


Eastnews.org-un verdiyi xəbərə görə, Livanın "Ən-Nəşrə" xəbər saytı dərc etdiyi təhlildə İraq və Suriyada davam edən döyüşlərin düşmən qüvvələrə önəmli mesajlar verdiyini bildirərək sözügedən düşmənlərin Hələb və Mosulda aldığı məğlubiyyətdən sonra müqavimət qüvvələri qarşısında heç vaxt uğurlu ola bilmədiyini qeyd edib.


"Ən-Nəşrə" xəbər saytı tərəfindən dərc olunan həmin təhlili sizə təqdim edirik:


Bu günlərdə Suriya və İraqda qanlı müharibələrin yaşandığı həqiqətdir. İŞİD Suriya hökumətinin bütün düşmənləri və müxalifləri adından döyüşür. Ancaq burada ortaya çıxan sual İŞİD-in dostları və havadarlarının bu müharibənin harasında yer almasıdır.


İraq və Suriyada döyüşən terrorçular silahlı və mülayim müxaliflər olmaq üzrə müxtəlif adlarla terrorçu qrupları təmsil edir. Həqiqət budur ki, bu terrorçulardan bəziləri beynəlxalq terrorçular siyahısında yer alır. Xarici ölkələrdən bəziləri açıq şəkildə bu terrorçu qrupları dəstəkləyir. İşin nəticəsi indidən də məlumdur, İŞİD məğlub edilib. Amma bu vəziyyət İŞİD-in dostları ilə bağlı olaraq fərqlilik ortaya qoyur.


İraq və Suriya qələbələri üçün terrorçu maneəsi aradan qalxdı


Mosul və Hələb müharibəsindən sonra çox rahat bir şəkildə onu deyə bilərik ki, Suriya və İraq qələbəsi üçün maneələrin böyük bir qismi ortadan qalxıb. Bəşər Əsəd hökumətinin devrilməsi üçün səslənənlər Əsəd hökumətinin çox qısa zamanda devriləcəyini zənn edirdilər, amma artıq sakitcə bir küncə çəkilməlidirlər.


İndi Abdülfəttah Sisinin Suriyaya qarşı idarə edilməyə çalışılması fərqli bir vəziyyət alıb. Suriya məsələsində bir çox ölkə tərəfindən beynəlxalq istiqamətləndirilmələrin mövcudluğuna şahid olduq. Amma bu gün vəziyyət dəyişib. Çünki son bir neçə gün ərzində Suriyaya göndərilən qrupların artdığına şahid oluruq. Livanda isə vəziyyət fərqlidir. Bu ölkədə müxtəlif qruplar qələbə qənimətlərini hökumət süfrəsində bir-birilə bölüşür.


Heç şübhəsiz ki, Suriyanın hərbi və siyasi olaraq sabitliyində rol oynayanlar Suriya ilə birlikdə beynəlxalq və regional qrupların və terrorçuların planlarını zərərsizləşdirdilər və Suriyada qan tökməyin arxasınca olanları heç vaxt xoş qarşılamayacaqlarını göstərdilər.


Məğlubiyyəti qəbul etmək Suriyanın düşmənləri üçün çox çətindir


Hələb və Mosul müharibəsindən sonra xəyal qırıqlığına məruz qalanların və uğursuz olanların siyahısı çox uzundur. Biz bu hekayəyə Suriyanı parçalamaq planı ilə Türkiyə və bəzi körfəz ölkələri ilə başlayırıq.


İsrail təyyarələri bir neçə gün əvvəl Suriyaya hücum edib. Bu hücum "Hizbullah" və Suriyaya açıq məktubdan başqa bir şey deyildi. İsrail bu təcavüzlə məğlubiyyətini qəbul etməyəcəyini göstərib.


İsrail hazırda qonşularla savaşmaq vaxtı olmadığını hər kəsdən daha yaxşı bilir. Çünki bu günlərdə Suriya və "Hizbullah" bütün gücü ilə döyüş meydanına gedir.


İsrail "Hizbullah"ın raket gücünün 2006-cı ildən daha çox olduğunu bilir. Məsələ ilə bağlı olaraq Amerika tərəfindən nəşr olunan hesabatlar "Hizbullah"ın partlayıcı başlıqlara malik olan uzun mənzilli 130 min raketi olduğunu göstərir.


Bu məqamı xatırlatmaq lazımdır ki, İraq və Suriya müharibələrinin müqavimət qüvvəsinin düşmənlərinə vacib mesajları var idi. Onlar bu müharibədən sonra düşmənin bölgəyə qurudan həyata keçirdiyi hücumlarda əsla müqavimətə qarşı qələbə əldə edə bilməyəcəyini başa düşdü.


Müqavimət fonundakı əməkdaşlıq Suriya, İraq, "Hizbullah" və digər döyüşən qruplar arasında terrorla mübarizədə əməkdaşlıq olduğunu göstərir.


İraq Könüllü Xalq Qüvvələri komandiri və "Bədr" təşkilatının sədri Hadi əl-Amiri iki həftə əvvəl İraq Könüllü Xalq Qüvvələrinin İraqı İŞİD terrorçularından azad etdikdən sonra hədəfli və proqramlı bir şəkildə Suriyaya gedəcəyini bildirib.


Hadi əl-Amiri, həmçinin Suriya Prezidenti Bəşər Əsədin yazdığı məktubda İraq Könüllü Xalq Qüvvələri liderindən İraqın terrorçulardan tamamilə azad edilməsindən sonra Suriyaya gəlmələrini istəyib.


Bu gün müqavimət tandeminin terrorçuların hücumu qarşısında daha güclü və qərarlı olduğu mövzusunda şübhə yoxdur. Suriya və İraqda itirənlər və müvəffəqiyyətsiz olanlar üçün məğlubiyyəti qəbul etmək çox çətindir. İraq və Suriya hökuməti və xalqı üçün də müdafiəsiz xalqının qanını çirkli əlləriylə tökənlərə dostluq əli uzatmaq çox çətindir.


Bir çox ölkə və təşkilat bu müharibə meydanında itirdi və yenildi. Bir çox ölkə, xüsusilə Suriya və İraqa demokratiya gətirmək bəhanəsi ilə terrorçulara hərbi və iqtisadi olaraq dəstək təmin etdi. Bu ölkələr İraq və Suriyada terrorçuların məğlubiyyəti ilə birlikdə səhifələri geri çevirəcək və terrorçulara dəstək verən ölkələri yan keçəcəklər.


Mosul və Hələb müharibələrindən sonra beynəlxalq aləmdə və Təhlükəsizlik Şurasında güc tarazlığı dəyişəcək. Artıq gündəmdə regionda Suriya Prezidentinin dəyişməsi məsələsi deyil, beynəlxalq tarazlıqların dəyişməsi olacaq.




Mənbə: Rasthaber Oxunub: 329 dəfə; Tarix: 2016-12-12 13:19:47
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında