"Financial Times"dan Trampa "Nüvə Müqaviləsinə sadiq qal" çağırışı


Eastnews.org-un verdiyi xəbərə görə, "Financial Times" qəzeti dərc etdiyi yazıda Amerikanın yeni Prezidenti Donald Trampdan İran ilə imzalanan Nüvə Müqaviləsinə sadiq qalmasını istəyib.


Qəzet Trampın İranı Nüvə Müqaviləsindən çıxmağa məcbur etməsinin Amerika Birləşmiş Ştatlarının maraqlarına və bölgədə sabitliyinin əleyhinə həyasızcasına bir hərəkət olacağını bildirib.


"Financial Times"da yer alan yazıya görə, Trampın kabineti üçün seçdiyi adlar onun hökumətinin müharibə tərəfdarı mövqe nümayiş etdirəcəyi narahatlığını doğurur.


"Financial Times" Trampın yeni sanksiyalar tətbiqinin mümkün olduğu vəziyyət qarşısında İranı sakitliyini qorumağa dəvət edərək, Tramp və məsləhətçilərinin Nüvə Müqaviləsini ləğv etmək, ya da gücləndirmək üzrə müzakirə apardığını və Nüvə Müqaviləsinə alternativ bir variant olmadığını diqqətə çatdırıb.


"Financial Times", həmçinin Trampın Ağ Evə getdikdən və həqiqətlə üzləşdikdən sonra Nüvə Müqaviləsi qarşısındakı mövqeyini yenidən nəzərdən keçirəcəyinə ümid etdiklərini yazıb.


Qəzet yazının davamında Nüvə Müqaviləsinin nöqsansız və qüsursuz müqavilə olmadığını, amma bu müqaviləni ləğv etməyin regionda qeyri-sabitliyə səbəb olacağını, İranın Nüvə Müqaviləsi məhdudiyyətlərini aradan qaldıracağını və Həsən Ruhaninin yenidən seçilmək ehtimalını azaldacağını vurğulayıb.


Yazıda son olaraq bu sözlər yer alıb: "Əgər Tramp Nüvə Müqaviləsini zəiflətmək qərarı qəbul etsə, Vaşinqton yəqin ki, tək qalacaq. İran və Amerika arasında 30 ildən artıq düşmənçiliyə baxmayaraq, müharibədən çəkindilər. Münaqişələri dayandırmağa yönəlik bir atmosferin olduğu vaxtlarda müharibəyə başlamaq çox səfeh bir iş olacaq".




Mənbə: Financial Times, Rasthaber Oxunub: 169 dəfə; Tarix: 2016-12-08 12:49:02
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında