İsrail xəbər agentliyi İranın uğurunun arxasında duran 5 əsas səbəbi açıqladı - Təhlil


Eastnews.org-un verdiyi xəbərə görə, İsrail xəbər agentliklərindən "Myda" "İran Yaxın Şərq Müharibəsində Uğurlu Olacaq" başlıqlı təhlil dərc edib. Təhlildə İranın Yaxın Şərqdəki müvəffəqiyyəti qarşılığında Səudiyyə Ərəbistanının məğlubiyyəti 5 əsas maddə çərçivəsində qiymətləndirilib.


"Myda" informasiya agentliyi tərəfindən dərc olunan həmin təhlili təqdim edirik:


Suriyadakı hadisələr Suriya ordusunun irəliləməsinin göstəricisidir. Əsədin ordusu İŞİD terror təşkilatının əlində olan əraziləri geri almağı bacardı. Bundan başqa, Hələbin mühüm hissələrinin geri alınması üçün də əməliyyatlar tam sürətlə davam edir. Bu anda geriyə yalnız İŞİD-in Suriyadakı mərkəzi olan Raqqa şəhəri qalır. Əgər Hələb və Mosul alınsa, Raqqa da alınacaq.


Mühüm məqam budur ki, Əsədin ordusu hadisələrin gedişatını nəzarət altına almağı və yorğun əsgərlərini yenidən motivasiya etməyi bacardı. Buna qarşı olaraq isə silahlı qruplar illərdir davam edən münaqişələrdən dolayı gücsüzləşib. Başlanğıcda birgə hərəkət etmədikləri üçün hazırda bunun əvəzini ödəyirlər. Əgər hadisələr bu şəkildə davam etsə, Bəşər Əsəd aylar sonra ordusunun "Azad Suriya Ordusu" və İŞİD-ə qarşı uğurunu elan edə biləcək.


Rusiya, İran və "Hizbullah"ın dəstəyi olmadan bu uğurun baş verməyəcəyi də danılmaz həqiqətdir. Ancaq mühüm olan Əsədin geri dönməsi və yenidən işə başlamasıdır.


İraqdakı yerli ordu da Mosulda İŞİD-ə qarşı mühasirə çevrəsini daraldıb və hədəfinə çatmaq üçün inadla mübarizəyə davam edir. İraq qüvvələri İŞİD-ə qarşı yaradılmış koalisiyanın havadan, peşmərgələrin qurudan dəstəyi, səbr və güclə planlarını həyata keçirməyə davam edir.


İraqdakı bu vəziyyət İranın hərtərəfli dəstəyi ilə gerçəkləşir. İran İraqdakı şiə qüvvələrə maddi, hərbi və silah cəhətdən dəstək verir.


Mosulun azad edilməsi əməliyyatında irəliləmə qeydə alındıqca ölkədə İraq qüvvələrinə qoşulmaq istəyən şiə qüvvələrin səsləri yüksəlir. İraq parlamenti son günlər bu mövzuda müraciət edir. İran Amerika ordusu tərəfindən 2004-cü ildə Səddamın devrilməsi və həbs olunmasından sonra yaradılmış İraq ordusunu idarə edən vəziyyətə gəlib.


Livanda da Səid Həriri ilə müavinləri Mişel Aunun prezident seçilməsinə 2 il qarşı çıxdıqdan sonra axırda "Hizbullah" və Həsən Nəsrullah qarşısında təslim oldular, Aunun seçilməsinə razılıq verdilər.


Yəməndə də husilər ilə hökumət arasındakı əlaqə irəliyə getdi. Sonra da Yəməndəki gedişat husilərin nəzarətinə keçdi. Husilər həm siyasətdə, həm də meydanda böyük nailiyyətlər əldə etdilər. Suriya, İraq, Livan və Yəməndə qazananın həmişə İranın dəstəklədiyi tərəf olduğunu, itirən tərəfin isə həmişə Səudiyyə Ərəbistanı olduğunu görürük.


İranın Səudiyyə Ərəbistanı qarşısında qazandığı uğurlar bir neçə səbəbdən irəli gəlir. Sözügedən səbəblər tərəzinin İran lehinə olmasını təmin edir. Bu səbəblərin ən başlıcası Rusiyanın Əsəd ilə müttəfiqi İran üçün konstruktiv və mühüm roludur. Bunun qarşılığında Amerika hərəkətli mövqedədir.


Amerika Səudiyyə Ərəbistanının müttəfiqi olan suriyalı müxalifləri inkişaf etmiş texnologiyalı hava silahlarıyla təchiz etmə və Əsədin kimyəvi silah istifadə edəcəyi halda müxalifləri qoruyacağına dair öhdəliklərinə sadiq deyil.


Putin və İran bütün gücləri ilə Əsədə dəstək verir. Ancaq Obama ilə Səudiyyə Ərəbistanı arasında eyni əməkdaşlıq mövcud deyil.


İranın digər bir dəstəkçisi də Nüvə Müqaviləsidir. Bu müqavilə İran hökumətinin gücünü artırıb. İranın sanksiyalara görə dağılmağın astanasında olan iqtisadiyyat çarxı yenidən fırlanmağa başlayıb.


Digər tərəfdən, Obama hökuməti İran hökumətinə amerikan əsgərlərinin sərbəst buraxılması üçün ciddi miqdarda ödəniş edib. İran da bu pulu siyasətçilərinin xərcləri, silah alışı, texnologiya sahəsindəki irəliləyişlər, hərbi xərclər və döyüşü idarə edən müttəfiqlərinə yardıma sərf edib.


Üçüncü səbəb isə Avropa ölkələrinin ötən 2 il ərzindəki davranışları özləri üçün əhəmiyyətli olan tək şeyin sanksiyaların aradan qaldırılmasından sonra İrana sərmayə qoymaq olduğunu göstərir.


Dördüncü səbəb Səudiyyə Ərəbistanının iqtisadiyyatına əsaslanır. Neft qiymətləri ən aşağı səviyyəyə enib və kim bilir bəlkə də illərlə belə davam edəcək. Bununla yanaşı, Səudiyyə Ərəbistanının müttəfiqlərinə etdiyi maliyyə dəstəyi artır. Səudiyyə Ərəbistanı bəlkə də 5 ildən az bir müddət ərzində iflas edə bilər.


Beşinci səbəb isə Səudiyyə Ərəbistanı-Türkiyə ittifaqının bitməsi ilə bağlıdır. Xüsusilə də Rəcəb Tayyib Ərdoğan Suriyadakı silahlı qruplara və İŞİD-ə verdiyi dəstəyi dayandırıb. Putin Ərdoğanı terrorçulara verdiyi dəstəyi dayandırmağa məcbur edib.




Mənbə: Myda, Eastnews, Rasthaber Oxunub: 1178 dəfə; Tarix: 2016-12-08 09:55:00
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında