"Həşd Şabi"nin məzhəb qarşıdurması yaratmasına dair iddialara cavab - Araşdırma


Eastnews.org-un verdiyi xəbərə görə, "Həşd Şabi" kimi tanınan İraq Könüllü Xalq Qüvvələri 2014-cü ildə İraq mərciyyətinin fitvasıyla İŞİD-lə mübarizə aparmaq üçün yaradılıb. Amma əvvəldən regional tərəflər, əsasən Səudiyyə Ərəbistanı və ABŞ bu təşkilata qarşı əsassız iddialarda olaraq "Həşd Şabi"nin şiə qrupu olduğunu, İraqdakı sünniləri hədəfə aldığını və İraqın etnik quruluşunu dəyişdirməyə çalışdığını iddia edib.


"Həşd Şabi"nin quruluşu bu əsassız iddialara ən gözəl cavabdır. Çünki Mosul əməliyyatı kimi mühüm əməliyyatların komandirlərinin böyük bir qismi sünnilərdən ibarətdir. Həmçinin "Həşd Şabi"nin 25-30 minlik qüvvəsi sünnilərdən ibarətdir. "Həşd Şabi"nin quruluşunda məzhəb və irq müxtəlifliyinə önəm verilir.


Əgər İraqa kürdlər, türkmanlar, yezidilər, şiələr və sünnilər olmaq üzrə müxtəlif məzhəblərdən və irqlərdən ibarət olan bir ölkə kimi baxsaq, mərciyyətin çağırışı ilə İraq xalqının malının, namusunun, canının və torpağının İŞİD tərəfindən işğal edilməsinə yol verməmək üçün bütün bu qruplardan qüvvələrin könüllü olaraq "Həşd Şabi" sıralarına qoşulduğunu görə bilərik.


"Həşd Şabi" qüvvələrinin ümumilikdə 118 min nəfərdən ibarət olduğu açıqlanıb. Bu rəqəmin 25-30 minini sünnilər təşkil edir. Türkman Könüllü Xalq Qüvvələri rəsmisi Əli əl-Hüseyninin sözlərinə görə, 30 mindən çox türkman qüvvə "Həşd Şabi" könüllü birləşmələrində iştirak edir.


Sadə bir hesablama da bu qüvvələrin yarısından çoxunu sünni və türkman könüllü qüvvələrinin təşkil etdiyini göstərir.


Eyni zamanda, yezidilər, xristianlar və kürdlər başda olmaqla İraqdakı digər qruplar da "Həşd Şabi" qüvvələri arasında yerləşir.


Onda necə olur ki, "Həşd Şabi" şiə bir qrup olaraq adlandırılır? Necə olur ki, "Həşd Şabi"nin əhli sünnəyə zərər vermək istədiyi və onların haqlarını talamaq istədiyi deyilə bilir? Necə olur ki, "Həşd Şabi"nin İraqın etnik quruluşunu dəyişdirmək istədiyi iddia edilir?


Bu sualların cavabı "Həşd Şabi"nin quruluşuna həssas və məntiqli bir şəkildə baxmaqda gizlidir və bu sualların cavabını tapmaq üçün çox ağıllı olmağa ehtiyac yoxdur. "Həşd Şabi" 42 silahlı qrupdan ibarətdir və təxminən 118 min əsgəri var. "Bədr", "Hizbullah" briqadaları və "Əsaibi Əhli Haqq" "Həşd Şabi"dəki tanınan məşhur silahlı qruplardır.


Həmçinin "Cihad əl-Bəna", "Əl-Hüseyn Əs-Sair", "Şəhid Sədr" qüvvələri, "Ət-Təyyar Ər-Risali", "Əl-Qədr" qrupları və "Əli Əkbər" kimi kiçik batalyonlar da "Həşd Şabi" içərisindəki digər qruplardan sayılır.


Səudiyyə Ərəbistanı, Türkiyə və Qətərin "Həşd Şabi"yə qarşı bütün təqsirləndirmələrinə və bu qrupu şiə kimi tanıtmalarına baxmayaraq, "Həşd Şabi"nin yarandığı gündən indiyə qədər müxtəlif qruplar altında minlərlə sünni qüvvə bu xalq təşkilatına qoşulub.


"Həşd Şabi"nin üzvü olan şiə qruplar:


1-Polkovnik Xamiş əl-İsəvi komandanlığındakı "Amiriyyə əs-Samud" ordusu


2- Polkovnik Məcid əl-Məhəmmədi komandanlığındakı "Dəri Felluce" ordusu


3-Şeyx Rafi əl-Fəhdavi komandanlığındakı "Nəxvə əl-Nəşami" ordusu


4-Şeyx Əbdürrəhim əş-Şimri komandanlığındakı "Əl-Nəvadir" ordusu


5-Şeyx Miktat Top Abdulla El-Sebavi komandanlığındakı "Beyarik Əl-İraq" qrupu


6-Abdullah əl-Nəcəfi komandanlığındakı "Əhrari Fərat" qrupu


7- Polkovnik Məzhər əl-Beylavi komandanlığındakı "Dəri əl-Cəzirə" qüvvələri


8-General Tarıq əl-Əsəl komandanlığındakı "Şimal Ramadi" qəbiləsi


9-Muhammed əl-Cəburi komandanlığındakı "Əl-Cəbur" qəbiləsi


10-Vanəs əl-Cəburi komandanlığındakı "Əş-Şəhidə Ummiyə əl-Cabbara" qrupu


11-Yasin Hüseyn əl-Muslih əl-Cəburi komandanlığındakı "Ət-Taxi" qrupu


12-Şeyh Hamud əl-Meyyah komandanlığındakı "Ət-Tanaya" qrupu


13-Mehdi Saleh əl-Cəburi komandanlığındakı "Əl-Bu Tama" qrupu


14-Aşam əs-Subhan əl-Cəbri komandanlığındakı "Səlahəddin" ordusu


15-Əbu Abdulla əl-Fəhdavi komandanlığındakı “Həşd Şabi” otuzuncu ordu birləşməsi altında olan polkovnik Məhəmməd Mərzi əl-Cəmili komandanlığındakı "Əhrar əl-Kəramə" qrupu və polkovnik Cumə əl-Cəmili komandanlığındakı "Surxətul Huquq" qrupu.


16- Polkovnik Əhməd Abdulla əl-Bilavi komandanlığındakı "Ər-Ramadi" qəbiləsi


17-Şeyx Cumə Fazi Əli əl-Cəmili komandanlığındakı "Kəramə əl-Fəllucə" ordusu


18-Cəmal Şahab əl-Məhlavi komandanlığındakı "Əbna əl-Qarbiyyə" qrupu


19-Əli Əbd Fəric və Şeyx Əli ən-Nəmravi komandanlığındakı briqadalar


20- Polkovnik Səddam Kərb əs-Sərmət komandanlığındakı "Həşd əl-Əşairi" qrupu


21-Şeyx Nəzxan əs-Saxar əl-Heybi komandanlığındakı "Cənubi Mosul Qüvvələri"


22-Şeyx Şakir Əbu Rişə komandanlığındakı "Okabani Səhrayi ər-Rataba" qrupu


23-Şeyx Vatban ər-Ramak komandanlığındakı "Həşd ət-Təhəddi" qüvvələri


24-Şeyx Xalid əs-Sabak komandanlığındakı "Həşd Aşirə əl-Cəbur" qüvvələri


25-Şeyx Kəhlan əl-Hasud komandanlığındakı "Həşd əl-Dəlim əl-Məhamədə" qüvvələri


Parlamentdə qəbul olunmuş qanuna görə, "Həşd Şabi" təşkilatının görəcəyi işlər Silahlı Qüvvələr Komandanlığının səlahiyyəti altındadır. Kərbəla, Nəcəf və Bəsrə şəhərləri başda olmaqla İraqın cənub və mərkəzi bölgələrindən minlərlə "Həşd Şabi" qüvvəsi Tikrit, əl-Anbar və Mosulda İŞİD ilə müharibədə həlak olublar.


Bu adamlar müharibədən əvvəl bir dəfə belə bu şəhərlərə getməmişdilər. Amma İraqı müdafiə etdiyini iddia edən şəxslər "Həşd Şabi"ni sünni bölgələrində yaşayanlar üçün təhlükə kimi dəyərləndirib, davamlı olaraq "Həşd Şabi"nin Mosul əməliyyatlarına cəlb edilməməli olduğu mövzusunda xəbərdarlıq ediblər.


"Həşd Şabi"yə qarşı yaradılan bu atmosfer Fəllucanı azad etmə əməliyyatlarında da özünü göstərdi və bu təbliğatlara indi Mosulda şahid oluruq. Fəlluca əməliyyatları zamanı "Əl-Cəzirə" və "Əl-Arabiya" kanalları "Həşd Şabi"nin Fəlluca əhalisi üçün təhlükəli olduğu haqda müxtəlif xəbərlər verdi.


Adıçəkilən iki kanal, həmçinin bu başlıqlar altında xəbərlər yayıb: "Fəlluca əhalisi "Həşd Şabi" təhlükəsi altındadır", "Fəlluca əhalisi "Həşd Şabi"nin əməliyyatlara qatılmasını istəmir", "Həşd Şabi"nin Fəlluca əhalisinə qarşı törətdiyi cinayətlər.


Amma əgər Səudiyyə Ərəbistanı, Türkiyə və Qətərin sünnilər üçün təhlükə olaraq gördüyü qüvvələr olmasaydı, İŞİD regiondakı bir çox sünni vətəndaşı öldürmüş olacaqdı. Çünki İŞİD daha əvvəl bunu Mosulda və İraqın digər şəhərlərində sünnilərə qarşı edib.


"Həşd Şabi"nin qanuni təsdiq olunması və bu təşkilatın İraq ordusunun bir hissəsi olması, İraq Baş naziri Heydər əl-Abadinin ifadəsi, "Həşd Şabi"nin fədakarlıqları müqabilində verlən ən minimum qiymətdir.




Mənbə: Rasthaber Oxunub: 182 dəfə; Tarix: 2016-11-30 17:15:00
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında