Almaniyanın məşhur şirkəti Türkiyəyə silah embarqosu tətbiq etdi


Eastnews.org-un verdiyi xəbərə görə, Almaniyanın “Heckler & Koch” silah şirkəti Türkiyəyə silah satmamaq barədə qərar qəbul edib.


Satış strategiyasını dəyişən “Heckler & Koch” gələcəkdə yalnız NATO üzvü və NATO ilə yaxın münasibətlərə malik demokratik, korrupsiyanın mövcud olmadığı ölkələrə silah satacaq. Bu ölkələr “yaşıl siyahı”ya daxil edilib. Səudiyyə Ərəbistanı, Meksika, Braziliya və Hindistan kimi ölkələr bu siyahıdan kənarda qaldığı üçün gələcəkdə həmin ölkələrə silah satılmayacaq.


Almaniya mətbuatı şirkətin “sarı siyahı”ya daxil etdiyi Türkiyəyə də gələcəkdə silah satmamaq niyyətində olduğunu yazıb. “Heckler & Koch”un silah satışı ilə bağlı Almaniya hökumətindən icazə almaqda çətinliklə üzləşdiyi üçün satış strategiyasını dəyişdirdiyi bildirilir. Bununla belə, “Heckler & Koch” indiyə qədər imzalanmış müqavilələr çərçivəsində “yaşıl siyahı”ya daxil edilməmiş ölkələrə silah satışı ilə bağlı öhdəlikləri də yerinə yetirəcək.


Qeyd edək ki, bundan öncə Avstriya parlamenti Türkiyəyə silah satılmamasını tövsiyə edən qərar qəbul edib. 

 




Mənbə: APA Oxunub: 157 dəfə; Tarix: 2016-11-28 17:56:00
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında