Allahlıq, peyğəmbərlik və Mehdilik iddiası edən misirlilər


Eastnews.org-un verdiyi xəbərə görə, Məhəmməd Abdullah Nəsr adlı bir misirli ruhani bir neçə gün öncə özünün “Facebook” səhifəsində yazaraq iddia edib ki, "Mehdi"dir və yer üzünü ədalətlə doldurmağa gəlib. O, bütün sünni və şiə müsəlmanları özünə beyət etməyə dəvət edib.


Şeyx Meyzu adı ilə tanınan bu misirli ruhani sünni aləminin ən məşhur ali dini akademiyası sayılan “Əl-Əzhər” universitetinin məzunudur.


Bu ruhaninin "Mehdi"lik iddiası ilə Miladın üçüncü min illiyində Allahlıq, peyğəmbərlik və Mehdilik iddiası edən çoxsaylı misirlilərin sırasına bir nəfər də əlavə edildi.


Təhlillər göstərir ki, indiyədək Allahlıq, peyğəmbərlik və Mehdilik iddiası edənlərin bəziləri ruhi xəstə, bəziləri xuliqan və quldur, bəziləri pul toplamaq istəyənlər və bəziləri də şöhrət qazanmaq istəyənlər olublar ki, nəticədə bütün müsəlmanlar tərəfindən qovularaq qınaq, nifrət və gülüş obyektinə çeviriliblər.


"Arabi 21" kanalı öz təhlilində üçüncü minillikdə bu cür iddialarda olan misirlilərin siyahısını açıqlayıb:

1) Məhəmməd ƏbdunNəbi Üveys 2000-ci ildə Mehdilik iddiası etmişdi.

2) 2001-ci ildə adı məlum olmayan bir nəfər Misirin Təbyun və Həlvan regionunda Mehdilik iddiası etmişdi.

3) Məhəmməd Məhmud (33) İskəndəriyyədə 2002-ci il Mehdilik iddiası etmişdi.

4) İskəndəriyyənin "Kum Dəkkə" bölgəsində 36 yaşlı bir cavan 2003-cü ildə Mehdilik iddiası etmişdi.

5) Əşrəf ƏbdülHəmid (36) 2004-cü ilin mart ayında İskəndəriyyə şəhərində Mehdilik iddiası etmişdi.

6) Əmir ƏbdülƏzim (30) 2004-cü ilin May ayında əl-Ğərbiyyə əyalətinin Məhəllətul-Kubra şəhərində Mehdilik iddiası etmişdi.

7) 2007-ci ildə 22 yaşlı bir cavan əş-Şərqiyyə əyalətinin Hüseyniyyə şəhərinin Minşat Bəşarə kəndində Mehdilik iddiası etmişdi.

8) Məhəmməd ƏbdütTəvvab (30) 2010-cu ildə Misirin özündə mələk gördüyünü və Mehdilik iddiası etmişdi. Fəyyum şəhər universitetinin məzunu idi.


Bundan əlavə, 2012-ci ildə 39 yaşlı Məhəmməd Musa Adəm, 2015-ci ildə Məhəmməd Ətiyyə, 2016-cı ildə 39 yaşlı Əhməd Abdullah və bu günlərdə isə Şeyx Meyzu Mehdilik iddiası ediblər.


Həmçinin 2007-ci ildə 61 yaşlı Məhəmməd Həsən Əli "Allahlıq", 2015-ci ildə "Xəliliyyət" təriqətinin şeyxi Saleh Əbu-Xəlil "peyğəmbərlik", 2016-cı ildə 60 yaşlı Yunus Munis peyğəmbərlik, 2016-cı ildə Süheyr Əbdürrəhman adlı qadın "dabbətul-ərz"lik iddiası etmişdi. Məsələ öz pik nöqtəsinə onda çatdı ki, cari ilin fevral ayında Mustafa adlı bir cavan oğlan özünü Allah, İsa və Mehdi adlandırdı.

 




Mənbə: IQNA Oxunub: 167 dəfə; Tarix: 2016-11-26 10:10:00
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında