Misir müftisi: "Namazı dayandırıb telefona cavab vermək olar"


Eastnews.org-un verdiyi xəbərə görə, Misirin müftisi fətva verib ki, namaz halında telefona cavab verməmək şəxs üçün ciddi ziyan və zərərə səbəb olarsa, namazı kəsib telefona cavab verməyin eybi olmadığına dair fitva verib.


"Rəy əl-Yəvm" saytı bu barədə xəbər verərək yazır ki, Şövqi Ə`lam bu fitvanı telefona cavab verilmədiyi halda şəxsə zərər və ziyan dəyə biləcəyi şərti ilə verib.


“Əl-Əzhər” universitetinin müqayisəvi fiqh ustadı Şeyx Əhməd Kərimə Misir müftisinin namazı kəsərək telefona cavab verməyi caiz bilən bu fitvasını tənqid edib.


Şeyx Əhməd Kərimə “Namazı kəsmək təkcə bir halda caizdir ki, bir insanın canına nicat vermək məsələsi ortada olsun. Alim və fəqihlərimiz bundan öncə namazı kəsməyin caiz olan yerlərini qeyd ediblər. Kor bir şəxsin uçuruma düşməsi ehtimalı, maşının yolu keçən bir uşağa vurma ehtimalı və s. kimi məqamlar namazın kəsilməsi caizdir”, - deyə bildirib.


“Əl-Əzhər” universitetinin müqayisəvi fiqh ustadı Qurandan sitat gətirərək, “Bütün müsəlmanlar bu gün mobil telefon işlədirlər və namaz halında telefona cavab verməyi caiz bilsək, çoxları bu hökmdən sui-istifadə edəcəklər”, - deyə vurğulayıb.

 




Mənbə: IQNA Oxunub: 196 dəfə; Tarix: 2016-11-25 10:10:01
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında