Fikri İşık: "Türkiyə Rusiya ilə S-400 sistemlərinin alınması barədə danışıqlar aparır"


Eastnews.org-un verdiyi xəbərə görə, Türkiyənin müdafiə naziri Fikri İşık bildirib ki, ölkəsi uzaq və orta mənzilli S-400 zenit-raket sistemlərinin alınmasına dair Rusiya ilə danışıqlar aparır.


O deyib ki, raket əleyhinə müdafiə sistemi üzrə işlər davam etdirilir. 


"S-400 zenit-raket sistemlərinin satın alınmasına dair yalnız Rusiya ilə yox, həm də analoji sistemləri olan digər ölkələrlə danışıqlar aparırıq. İndi Rusiyanın bu məsələ ilə bağlı mövqeyi müsbətdir. NATO-ya üzv ölkələrin bu məsələyə ciddi yanaşacağına və sistemimizin Alyansın tələblərinə uyğun olacağına ümid edirik. Bu, Rusiyanın təklifinin qəbul olunması anlamına gəlmir, bütün variantları təhlil edəcəyik. Bu işdə yekun məqsəd sistemlərin öz ölkəmizdə istehsalını təşkil etməkdir", - deyə F.İşık NTV telekanalının edirində söyləyib.


Xatırladaq ki, Türkiyə ilk dəfə 2009-ci ildə S-400 raket kompleksləri ilə maraqlansa da, o zaman əməkdaşlıq dayandırılıb.

 




Mənbə: Report Oxunub: 162 dəfə; Tarix: 2016-11-18 16:45:51
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında