İranla Çin arasında hərbi əməkdaşlığa dair saziş imzalandı


Eastnews.org-un verdiyi xəbərə görə, İran Çinlə hərbi əməkdaşlığa dair sənəd imzalayıb. 


Sənəddə iki ölkə arasında hərbi sahədə əməkdaşlığının inkişaf etdirilməsi,  təcrübə mübadiləsinin aparılması, terrorizmlə mübarizə və kursantların təlimləri kimi məsələlər yer alıb.


Sazişi Tehranda rəsmi səfərdə olan Çin müdafiə naziri Çanq Vanquanla İran müdafiə naziri Hüseyn Dehqan imzalayıb.


Qeyd edək ki, 3 günlük səfər zamanı Ç. Vanquan İranın yüksək vəzifəli şəxsləri ilə görüşəcək. Müzakirələr zamanı əsasən hərbi sahədə ikitərəfli əlaqələrin inkişafına və beynəlxalq məsələlərə diqqət yetiriləcək. 

 




Mənbə: APA Oxunub: 119 dəfə; Tarix: 2016-11-14 15:51:44
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında