Tbilisi yaxınlığında NATO-Gürcüstan təlimləri başladı


Eastnews.org-un verdiyi xəbərə görə, Tbilisi yaxınlığındakı NATO və Gürcüstan birgə məşq və qiymətləndirilmə mərkəzinin (JTEC) ərazisində yerləşən "Vaziani" bazasında "NATO-Gürcüstan 2016" təlimləri başlayıb.


"Genişmiqyaslı təlimlərdə 12 NATO üzvü və iki tərəfdaş ölkə iştirak edəcək. Təlimlərə 250 hərbçi cəlb edilib. Birgə təlimlərin əsas məqsədi Gürcüstan və NATO-nun silahlı qüvvələrinin birgə fəaliyyətidir", - Gürcüstan Müdafiə Nazirliyindən bildiriblər.


Nazirlikdən onu da əlavə ediblər ki, "NATO-Gürcüstan 2016" təlimləri mövcud NATO-Gürcüstan Tədbirlər Paketi (SNGP) çərçivəsində keçirilən sayca ikinci təlimdir.


Təlimlər noyabrın 20-dək davam edəcək.

 




Mənbə: Report Oxunub: 114 dəfə; Tarix: 2016-11-10 16:00:22
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında