İslam Əməkdaşlıq Təşkilatı baş katibi istefa verdi


Eastnews.org-un verdiyi xəbərə görə, İslam Əməkdaşlıq Təşkilatının baş katibi (İƏT) İyad Mədəninin vəzifəsindən istefa verdiyi bildirilib.


İƏT-ə bağlı Beynəlxalq İslam Xəbər Agentliyinin (IINA) xəbərində Mədəninin "səhhətindəki problemlər" səbəbindən vəzifəsindən istefa verdiyi və Səudiyyə Ərəbistanının Mədəninin yerinə keçmiş sosial işlər naziri Yusif Əhməd əl-Useymini namizəd göstərdiyi qeyd edilib.


Mədəni 31 yanvar 2014-cü ildə İƏT baş katibi vəzifəsinə gətirilmişdi.


Mədəni son olaraq Tunisdə keçirilən 1-ci İSESCO Təhsil Nazirləri Konfransının açılışında Prezident Sisiyə "Cənab əl-Baci Qaid əs-Sisi" deyə xitab etdikdən sonra "Bağışlayın...Sisi. Bu, böyük bir səhvdir. Cənab Prezident, sizin soyuducunuzda əminəm ki, daha çox su var", - deyərək etdiyi zarafatla gündəmə gəlmişdi.

 

Misir xarici işlər naziri Samih Şükri Mədəninin bu zarafatının Misirə qarşı hörmətsizlik olduğunu qeyd etmişdi.


Misir Prezidenti Sisinin Şarm əş-Şeyxdə 1-ci Milli Gənclər Konfransı çərçivəsində keçirilən "Valyuta Kabinet Böhranı" başlıqlı görüşdə gənclərə "Mən də sizdən biriyəm. Allah şahiddir, 10 il ərzində soyuducuda yalnız su vardı, ancaq kimsəyə vəziyyətimdən şikayət etmədim", - deməsi ilə bağlı ölkədə "soyuducu və su" yazılı həştəqlər gündəm olmuşdu.

 




Mənbə: AA Oxunub: 157 dəfə; Tarix: 2016-11-01 10:19:17
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında