Qərb İslam ölkələrindən kimə nə qədər silah satıb - Statistika


Eastnews.org-un verdiyi xəbərə görə, Almaniyanın sursat satışı 2016-cı ilin yanvar-iyun ayları dövründə 2015-ci ilin eyni dövrünə nisbətən 10 dəfə artıb.


Almaniya hökumətinin silah ixracı hesabatı 26 oktyabrda nazirlər kabinetində müzakirə olunub. Hesabata əsasən kiçik miqyaslı silah satışları 2016-cı ilin yanvar-iyun dövrünə görə aşağı düşüb, ancaq bu silahlarda istifadə olunan sursat satışı əhəmiyyətli dərəcədə artıb. Hesabatda Almaniya hökumətinin bu ilin ilk altı ayında 11.6 milyon avroluq kiçikmiqyaslı silahların satışına razılıq verdiyi qeyd olunub. 2015-ci ilin ilk 6 ayında bu rəqəm 12.4 milyon avro olaraq açıqlanmışdı. Ancaq 2015-ci ilin ilk yarısında 27 milyon avroluq ixrac razılığı verilən kiçik miqyaslı silahlarda istifadə olunan sursat üçün bu məbləğin 2016-cı ilin eyni dövründə 10 dəfə artaraq 283.8 milyon avroya yüksəldiyi qeyd edilib. Bunun 275 milyon avroluq hissəsinin NATO və müttəfiq ölkələrə, 5.4 milyon avroluq hissəsinin də İraqa satılmasına icazə verildiyi bildirilən hesabatda kiçik miqyaslı silah və bunlara aid sursat alışında Fransa, İraq və Polşanın ilk sırada gələn ölkələr olduğuna diqqət çəkilib.


Türkiyə nə aldı?
Hesabata görə, Almaniya hökuməti 2016-cı ilin yanvar-iyun dövründə təxminən 4 milyard 30 milyon avroluq silah satışına icazə verib. Almaniyanın ən çox silah satışı etdiyi ölkələr sıralamasında 1.04 milyard avro ilə Əlcəzair ilk sırada yer alır. Bu ölkə 914 milyon avro ilə ABŞ, 484 milyon avro ilə Səudiyyə Ərəbistanı və 205 milyon avro ilə Cənubi Koreya izləyir. Hesabatda Türkiyənin Almaniyadan silah alan ölkələr sıralamasında 25-ci sıradan 8-ci sıraya yüksəldiyi qeyd edilib. Türkiyəyə 76.4 milyon avroluq silah qəbulu icazəsi verildiyi bildirilən hesabatda Türkiyəyə edilən ixracın böyük hissəsinin təyyarə, PUA, təyyarə mühərrikləri və avadanlıqlar üçün hissələr olduğu qeyd edilib.

Almaniyadan 205 milyon avroluq silah və sursat idxal edən Cənubi Koreyanın də 10-cu sıradan 4-cü sıraya yüksəldiyi bildirilib. Cənubi Koreyanın hərbi gəmi və sualtı hissələri ilə raket, raketdən müdafiə sistemi, vertolyot və döyüş təyyarəsi satın aldığı qeyd olunub. Hökumətin kiçik miqyaslı silahların satışını tənqid edən solçu partiyanın xarici siyasət rəsmisi Yan von Aken bu silahların satışının qadağan edilməli olduğunu söyləyib. Dünyanın hər hansı bir yerində Almaniya silah və hərbi texnikası ilə insanların öldürülməsinin dözülməz bir fikir olduğunu bildirən Aken "İndi kiçik miqyaslı silahların ixracının qadağan olunmasına ehtiyacımız var", - deyib.


Körfəz ölkələri əsas bazardır
Stokholm Beynəlxalq Sülh Tədqiqat İnstitutunun (SIPRI) hesabatına görə, son 5 ildə körfəz ölkələrinə silah satışı 70 faiz artıb. Bəhreyn, Küveyt, Oman, Qətər və Səudiyyə Ərəbistanı İngiltərə və Fransanın mühüm silah bazarları arasında yer alır.

Fransanın silah sənayesində isə partlayış baş verir. Fransa silah satışında dünya miqyasında ABŞ, Rusiya və Çindən sonra 4-cü sırada gəlir. Ölkənin ötən ilki silah ixracı 30 milyard dolları keçib. Fransanın 2010-cü ildən 2014-cü ilə qədər ixrac etdiyi silahların 38 faizi körfəz ölkələrinə gedib. Fransada silah satışındakı partlayış ötən ilin ilk 6 ayının sonunda 30 min əlavə iş yaradıb. Onlar iş tapdı, Suriya, İraq, Əfqanıstandakı müsəlmanlar isə can verdi.




Mənbə: Yenimesaj Oxunub: 289 dəfə; Tarix: 2016-10-27 12:53:12
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında