Könüllü xalq qüvvələrinin Təlafər strategiyası


Eastnews.org-un verdiyi xəbərə görə, strategiya mütəxəssisi Rəfiq əs-Samərani öz "Facebook" hesabında bölüşdüyü yazıda Könüllü Xalq Qüvvələrinin Təlafer strategiyasını açıqlayıb.


Rəfiq əs-Samərani öz "Facebook" hesabında bölüşdüyü yazıda könüllü xalq qüvvələrinin varlığına işarə edərək, "Könüllü xalq qüvvələrinin Mosulun qərbində yerləşən Təlafer şəhərində strategiyası regiona hakim olmaqdır və bunu da sürətli bir şəkildə reallaşdırırlar", - sözlərini istifadə edib.


"Biz Fəlluca, Raqqa və Mosul üçbucağından danışarkən könüllü xalq qüvvələri Fəlluca əməliyyatı ilə bu üçbucağı tamamilə aradan qaldırdı", - deyən əs-Samərani könüllü xalq qüvvələrinin Neynəva və Xus şəhərlərindəki qələbələrinin əhəmiyyətinə işarə edərək, "Ancaq İŞİD terrorçuları sərhəd bölgələrində rahat bir şəkildə hərəkət edirlər", - deyə qeyd edib.


Ötən günlərdə Hadi əl-Əmirinin "Bədr" hərəkatı və könüllü xalq qüvvələri komandirləri ilə Təlafərdə İŞİD-ə qarşı əməliyyat üçün iclas keçirdiklərini qeyd edən əs-Samərani Türkiyənin əməliyyata müdaxilə etməyə çalışdığını bildirərək, "Türkiyə Dəclənin şərqində əməliyyatlar keçirə bilər, ancaq PKK varlığı ilə bu bölgədə fəal mübarizəyə girə bilməyəcək", - deyə vurğulayıb.




Mənbə: Tasnim Oxunub: 158 dəfə; Tarix: 2016-10-26 15:43:57
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında