Vəhabi alimdən daha bir gülünc fitva - Yeni


Eastnews.org-un verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanının "Ummul-Qura" dini elmlər universitetinin elmi heyətinin üzvü Məhəmməd əl-Əsimi son açıqlamasında yeni maraqlı bir fitva verib. O, fitvada idman komandaları və idmançılar ilə idman üzrə saziş bağlamağın, həmçinin klubların bir-biri ilə idmançı alqı-satqısı etməsinin haram olduğunu bildirib.


Səudiyyə Ərəbistanının "əl-Vətən" qəzetinin informasiya portalının yazdığına görə, Məhəmməd əl-Əsimi iddia edib ki, bütün vəhabi alimləri idman növlərindən qazanılmış və idman yarışları üçün xərclənən pulun, bu işlə məşğul olmağın haram olması məsələsində yekdil rəyə malikdirlər.


Məhəmməd əl-Əsimi açıqlamasında Səudiyyə Ərəbistanının idman federasiyalarının gəlirlərinin şəri olub-olmamasını yoxlamaq üçün dini komitə yaradılmasını tələb edib.


Qeyd edək ki, ötən il də Səudiyyə Ərəbistanının vəhabi müftilərindən biri olan Məhəmməd Saleh əl-Müncid də idman üzrə jurnalist və aparcısı olmağın haram peşə sayılması ilə bağlı fitva vermişdi.




Mənbə: IQNA Oxunub: 1748 dəfə; Tarix: 2016-10-26 14:48:01
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında