Hüsnü Mahallı: "Türkiyə "Nusra Cəbhəsi" və İŞİD-dən əl çəkməz" - Məqalə


Türkiyənin Mosul siyasəti barədə danışan Yaxın Şərq üzrə ekspert Hüsnü Mahallı Türkiyənin Suriyada bacarmadığını Suriyada həyata keçirmək istədiyini qeyd edib.


"Fərat Qalxanı" əməliyyatı ilə bərabər Mosul əməliyyatının hərarətini hiss etdiyimiz bu günlərdə ekspert Hüsnü Mahallı həm Türkiyənin əməliyyata qoşulmaq əzmini, həm də Yaxın Şərqdə baş verənləri qələmə alıb.


Türkiyənin əsas müzakirə mövzusu Mosul əməliyyatı...
Türkiyənin xarici siyasəti "Ərəb Baharı"ndan bu yana, xüsusilə Suriya olmaqla, ziddiyyətlərlə və səhvlərlə doludur. Bu səbəblərdən hər şey bu nöqtəyə gəlib çatıb. İraqda heç vaxt təkbaşına əməliyyatlarda iştirak edə bilməzlər. Heç bir şəkildə Türkiyə ordusu orada hərəkət edə bilməz. Bu beynəlxalq hüquqa ziddir. İraq hökuməti buna icazə vermir və rəsmən deyir. Bir təxribatın qarşılığı iraqlılar arasında çox sərt olar. İraqla bağlı söylənən heç bir şey doğru deyil. Türkiyənin səmimi, sülhdən, dostluqdan, qardaşlıq kimi niyyəti olsaydı, bütün bunları gərək etməyəydi.


İŞİD-i quranlar Türkiyədən girdi
Alt mətnlərdən neft başlığı çıxır. Ərdoğan "Minlərlə kilometr kənardan gəlib müdaxilə edəcəksən eləmi?", - deyə də Koalisiya Qüvvələrinə qarşı sərt danışır.
Kimin üzərindən müdaxilə etdilər? Bu gün İncirlik bazası haradadır? Madam ki, müdaxiləyə qarşısan, bağla İncirlik bazasını! ABŞ rəsmən "Mənim müttəfiqim PYD-dir, sən deyilsən", - deyir. Sən "PYD düşmənimdir", - deyirsən, amma ABŞ PYD-yə dəstək verir. Yəni İncirlikdən qalxan təyyarələr gedib PYD-yə dəstək verir və sən dayanmadan danışırsan. Həmçinin İŞİD-i quranlar Türkiyədən bu ərazilərə daxil olub. Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər, ABŞ, Fransa kimi imperialist ölkələr pul verdi. Bu ölkələr silah verdi və bu silahlar da yenə Türkiyədən daxil oldu. Yəni başlanğıcından bu günə qədər problem sənsən və hələ də həll tərəfdarı deyilsən.


Şiə-sünni müharibəsimi yaratmaq istəyirsən?
Hökumət rəsmisi Numan Qurtulmuş "B və C planlarımız var", - deyir, Türkiyənin Mosul üzərindəki digər planları nə ola bilər? Vallah, nə A, nə B, nə də C, nə də Ğ... heç biri yoxdur. Bunlar yalnız xalqı aldatmağa yönəlib. İraq "Rədd ol buradan", - dedi, sən də çıxmamısan. İraq dövləti ilə döyüşəcəksənmi? Mümkündürmü? ABŞ müdafiə naziri gəlib "Sənin Bəşiqadakı qüvvən beynəlxalq koalisiyanın tabeliyində olacaq", - dedi. Nə deyəcəksən? Amerika ilə döyüşəcəksənmi? Ya da iş təxribata düşsünmü? Deyək ki, 300 min şiə könüllü hücum etdi Türkiyə ordusuna? Onlarla vuruşacaqsanmı? Şiə-sünni müharibəsi yaratmaq istəyirsənmi?


Suriyada edə bilmədilər, İraqda etmək istəyirlər
Bu məsələ məzhəb müharibəsinə qədər gedə bilərmi? Əlbəttə, Türkiyə təxribat etsə gedər. Ələvi Əsəd deyirdilər, Suriyada edə bilmədiklərinə İraqda nail olmaq istəyirlər. Türkiyənin öz iradəsi olmasa da, Səudiyyə Ərəbistanı və körfəz ölkələrinin təxribatı və vəsaiti bunu edir. Milyardlarla dollar verir və qarşılığını istəyir. "Şiələri məhv edək", - deyir. Bataqlığın içinə girəndə geri çıxışı yoxdur, Türkiyə bataqlığın içinə girdi. Həm də normal insanlarla girmədi. İŞİD, "Nusra Cəbhəsi", Səudiyyə Ərəbistanı kimi ruhi xəstələrlə girdi.


Türkiyənin İslamçılara ehtiyacı var
"Nusra Cəbhəsi"nin Türkiyə ilə münasibətinin pozulduğu deyilir. Xeyr, əslində pozulmayıb. Çünki Türkiyə nə "Nusra Cəbhəsi"ndən, nə də İŞİD-dən asanlıqla imtina edə bilməz. Onları vururmuş kimi, onlara düşmən kimi görünür, amma hələ uzun zaman Türkiyənin bu "İslamçı"lara ehtiyacı var. Ümid edirəm ki olmaz, amma Türkiyədə bir kürd-türk vətəndaş müharibəsi olsa, Türkiyə radikal İslamçılardan yardım istəyəcək. Eynilə bir zamanlar "Hizbullah"dan istədiyi kimi.


Türkiyə İŞİD-dən imtina etməz dedim... MKT TIRları məsələsini xatırlasaq, işin içində FETÖ barmağı olduğunu da nəzərə alaraq soruşuram, Türkiyənin İŞİD-ə silah dəstəyi olubmu? Türkiyə bu ideologiyadan əl çəkməz. Suriyada döyüşən bütün qruplara bu və ya başqa şəkildə silah gedib. Saxlanılan TIRlar 3 ədəd idi. 5 ildə Türkiyədən Suriyaya nəinki  3, 300, azı 3 min TIR gedib.


AKP qaranlıq işlərlə məşğuldu
Daim sərhəd məsələsinə toxunulur. İraqla olan sərhəd beynəlxalq arenada bizə müdaxilə hüququ verirmi? Zərrə qədər verməz. Çünki sən sərhədini xaricilərə açıb sərhəd anlayışını onsuz da ortadan qaldırmısan. Dünyanın dörd bir yanından kəşfiyyat təşkilatları gəlib və onlarla birgə 150 minə yaxın adam gətirilib. Hatay, Antep, Urfaya əllərini qollarını sallayaraq giriblər. Silahlar, tanklar, toplar girib çıxıb... Nə sərhəd? Təpədə peyklər var, sərhəddəki hər şey beynəlxalq hüquqda qeydiyyat altındadır. Dövlətlərin və kəşfiyyat təşkilatlarının gözündən heç bir şey yayınmır. Qaranlıq münasibətlərin heç bir yozumu da yoxdur. Dövlətlər həmişə qaranlıq işlərlə məşğul olur, amma AKP son 5 ildə çox qaranlıq işə bulaşıb.


Türkiyə 20-30 il özünə gələ bilməz
İndi Türkiyədəki vəziyyət necədir? Türkiyədə sistem dağıldı, xarici siyasətdə ağır bir prosesə saldılar. Daxildə də FETÖ çevriliş cəhdini bəhanə edərək ölkəni darmadağın etdilər. Ordu, polis, təhsil, səhiyyə hamısı getdi. Türkiyə 20-30 il asanlıqla özünə gəlməz artıq. Ordunu yenidən qurmaq da asan deyil.


Hörmətli Bağçalı və MHP artıq bitib
Rəhbərlik sistemini yenidən müzakirəyə başladıq. Dövlət Bağçalı açıq dəstək verir artıq. Dövlət Bağçalı ilə bağlı hər hansı bir şey deməyin mənası yoxdur. Bağçalı Ərdoğanla bağlı olaraq seçki kampaniyaları zamanı dünyanın ən ağır sözlərini işlətdi. Hörmətli Bağçalı da MHP də bitib artıq. Bütün bunları tək bir şey üçün, kreslonu verməmək üçün edir. Meral Akşənər gəlsə, orada külək əsdirəcəkdi, AKP-yə təsir edəcəkdi. O qədər oyun oynandı, sonda da Ərdoğanın və AKP-nin köməyi ilə Dövlət Bağçalı qalib gəldi. İndi də pəhriz borcu belə ödənir.


Kılıçdaroğlu sərt ritorikalar yaratmalıdır
Kılıçdaroğlu Mosul əməliyyatı ilə bağlı "Prezident niyə danışır, Baş nazir və xarici işlər naziri danışsın", - dedi. Bu kimi tənqidləri tez-tez edir əslində.


Onun məsləhətçiləri kim olduğunu, onu kim məlumatlandırdığını bilmirəm. Var olan mübahisənin səviyyəsinə yüksəlmir. Qarşı tərəf mediadan çox güclüdür, onu bilərək danışmalıdır. AKP və Cənab Prezident şüarlarla vuruşur, detallara girmir, onsuz da vətəndaş detallara qulaq asmır, yadında iki söz qalır. Təbliğat belədir, bütün gün vətəndaşın beyninin içinə girirlər. Hələ də "Tütün, toyuq bilmirəm nə oldu", - deyir. Məmləkət bitib, kənd təsərrüfatı kimin vecinədir? Kılıçdaroğlu çox sərt və radikal ifadələr işlətmək məcburiyyətindədir.


HDP-nin oyuna düşdüyünü düşünürəm

Dəmirtaş isə "İraqdan öncə öz ölkəsindəki İŞİD-i təmizlə", - deyir. Doğru deyir, amma Dəmirtaşın baş verən qarışıqlıqdan dolayı artıq deməyə sözü qalmayıb. Mən HDP-nin oyuna düşdüyünü düşünürəm. AKP onsuz da 7 iyundan sonra hər şeyi ustalıqla hazırlamışdı. Diyarbəkirdə iki polisin öldürülməsindən sonra hər şey asanlıqla davam etdi. Dünyanın hər yerində təxribatın davamı gəlir. HDP-nin işi belə baxanda onsuz da çox ağırdır. Bundan başqa Səlahəddin istədiyi qədər danışsın, heç kim yayımlamır ki...


Məndən soruşurlar. Prezidentlik sistemi ilə idarə edilən Türkiyənin xarici siyasəti necə inkişaf edər? Həm xarici, həm də daxili siyasəti 100 faiz diktaturaya gedir. Diktaturalar da həm daxildə, həm də xaricdə təhlükəlidir. Eynilə Səddam Hüseyn dövründə olduğu kimi


"Ələvi Əsəd" Ərdoğanı dayandırdı
Bir tərəfdən də "Fərat Qalxanı" əməliyyatı davam edir. AKP təhlükəli bir partiyadır. Türkiyə ordusu Cerablusa 24 avqustda girdi və o tarix Mərcidabıq müharibəsinin 600-cü ildönümüdür. Ərdoğan tarixi simvollar üzərindən gedir, niyyəti pisdir; "Yavuz gedib orada namaz qıldı, Qahirəyə gedib xəlifə oldu, mən də onu edəcəyəm", - dedi, amma edə bilmədi də. Gedib namaz qılmadı, ələvi Əsəd, Ərdoğanı dayandırdı. Ona görə nifrət edir Əsədə.Çünki layihəsini pozdu. Əsədə görə 2-ci Yavuz olmağı bacarmadı.


Suriyanın mərkəzində hər şey normaldır, Rusiya ordusunun gəlişindən sonra Suriya bir çox yeri təmizləyib, bu gün-sabah Hələb bütün təmizlənmiş olacaq. Sonra İdlib və Raqqanın işi bitiriləcək. Bir çox yerdə də sülh müzakirələri ilə silahlı qruplar təslim olur.


Əsədi heç kim vəzifədən uzaqlaşdıra bilməz
Əsədsiz keçid dövrü deyilirdi, keçid Əsədlimi oldu amma. Əsədi heç kəs vəzifədən uzaqlaşdıra bilməz. Bu Suriya həqiqətini, Suriya xalqının və ordusunun gücünü, Əsədin regional münasibətlərini, Rusiyanın hesabını bilməməkdir.




Mənbə: Eastnews.org Oxunub: 427 dəfə; Tarix: 2016-10-21 17:38:53
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında