İŞİD-in Mosul döyüşündəki görünməyən taktikası - Araşdırma


Eastnews.org-un verdiyi xəbərə görə, Mosul müharibəsi bazar ertəsi səhər saatlarında başlayıb və indiyə qədər müxtəlif yerlər azad edilib, İŞİD-in isə müəyyən bir taktikası yoxmuş kimi görünür.


İŞİD indiyə qədər cənubda neft quyularını yandırıb və Mosulun cənubunda və şərqində partlyıcı ilə yüklənmiş nəqliyyat vasitələri kimi daha əvvəlki müharibələrdə də istifadə etdikləri üsullara əl atıb. İŞİD bu üsullarla birlikdə dəfələrlə polis geyimləri geyərək, Mosulun cənubunda yerləşən qüvvələrin arasına sızmağa çalışıb.


Bundan başqa, Mosuldan bəzi şəkillər yayımlanıb ki, bu şəkillərdə İŞİD qüvvələrinin heç bir ağır silah və müharibə təchizatına malik olmadan şəhərin prospekt və küçələrində yerləşdiyi göstərilib.


Kürd qüvvələrinin isə Bəşiqadan hərəkətə başlayacağı ehtimal edilir. Amma şimal-qərb və qərb bölgələrinə doğru heç bir hərəkətin olmaması İŞİD-in Suriya sərhədlərinə doğru hərəkətini asanlaşdırar.


Bunun qarşısını almaq üçün kürd qüvvələrinin Bəşiqada nəzarəti ələ keçirməsi, Suriya ilə ortaq sərhəd bölgələrində də nəzarətin təmin olunmasına səbəb olacaq. Çünki indi əl-Ənbar şəhərində müxtəlif əməliyyatlar başlayıb.


Eyni zamanda əldə edilmiş bəzi məlumatlara görə, "Həşd Şabi"nin həssas və təhlükəli zona sayılan əl-Huveycədə məhdud əməliyyat keçirməsi üçün əl-Qayyaranın cənub xəttinə doğru hərəkət etməsi gözlənilir.


Bununla birlikdə Mosul əməliyyatlarının çərçivəsi təhlükəsizlik əməliyyatından daha böyükdür. Daxili, regional və beynəlxalq olaraq siyasi ölçüləri var. Çünki bu əməliyyatlar başlamazdan əvvəl əməliyyata qatılacaq olan qüvvələrin kimlikləri və rolları təxmin edilmişdi. Müharibənin başlaması ilə birlikdə, xüsusilə İraq və Türkiyə arasında münaqişələr və qırılmalar baş verdi.


Kamikadze hücumları İŞİD-in ən mühüm vasitəsidir
İraq qüvvələri əl-Qayyara, Nəmrud və Habanı əhatə edən Mosulun cənub-şərq fonunda irəliləyiş əldə ediblər və bir neçə kənddə artıq nəzarəti ələ keçirməyi bacarıblar.


Bu nailiyyətlər qarşısında İŞİD terrorçuları isə kamikadze hücumları ilə İraq ordusunun bu irəliləməsinə mane olmağa çalışıb. İŞİD, həmçinin kəndlərdə müxtəlif tunellər qazaraq, özlərini yalnız hava hücumlarının hədəfindən qorumağa deyil, həm də tunellərdən keçərək İraq ordusuna yaxınlaşıb, kamikadze hücumları təşkil etmək üçün istifadə edir.


İŞİD terror təşkilatı təşkil etdiyi müxtəlif kamikadze hücumları ilə döyüşün tarazlığını özlərinin xeyrinə çevirməyə və üç partlayıcı ilə yüklənmiş maşınla peşmərgə qüvvələrinin Sincərdəki mövqelərini hədəfə almağa çalışıb. Nəticə olaraq bu bölgədə baş verən şiddətli qarşıdurmalardan sonra bu üç nəqliyyat vasitəsi məhv edilib.


İŞİD tərəfindən Mosula gedən yollara partlayıcı döşənir
Mosula gedən yolların bir çoxuna İŞİD tərəfindən partlayıcı döşənir. Bunların partlayıcı mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi xeyli vaxt aparır və çox ləng irəliləməyə səbəb olur.


İraq ordusunun xristian yaşayış zonası olan Həmdaniyyəyə getməsilə eyni zamanda, İŞİD üzvləri də İraq ordusunun şəhərin mərkəzinə doğru irəliləməsinə mane olmağa çalışır. Həmdaniyyədə nəzarətin təmin edilməsi İraq ordu qüvvələrinə İŞİD-in ən mühüm müdafiə sütunlarından birini Mosula girməzdən əvvəl fəth etmə imkanı təmin edəcək.


İŞİD-in Mosulda törətdiyi cinayətlər ortaya çıxdı
İraq ordu qüvvələrinin irəliləməsi və bəzi kəndlərdə nəzarəti ələ keçirməsi ilə İŞİD-in nəzarət etdiyi ərazilərdə törətdiyi cinayətlər ortaya çıxdı. Belə ki, İraq ordusu İŞİD-in Hud kəndində yerin altında inşa etdiyi bir həbsxana aşkar edib.


İŞİD-in snayperlərindən heç bir xəbər yoxdur
Snayper İŞİD-in Tikrit və Fəlluca kimi əvvəlki əməliyyatlarda İraq ordusunun irəliləməsinə mane olmaq üçün ən vacib taktikası idi. Amma Mosul əməliyyatlarından indiyə qədər, bu taktikalardan bir iz yoxdur. Bu vəziyyət İraq ordusunu təəccübləndirir.




Mənbə: Rasthaber Oxunub: 2473 dəfə; Tarix: 2016-10-21 16:31:29
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında