Mosul azad olunanda İŞİD Suriyaya qaçacaq, bəs sonra? - Araşdırma


Eastnews.org-un verdiyi xəbərə görə, Suriya ordusu, “Hizbullah” və iranlı müttəfiqləri Mosulun azad edilməsilə İraqdan atılacaq minlərlə İŞİD üzvünün kütləvi işğalına hazırlaşır. Suriya hərbi rəsmiləri ABŞ-ın qürurla təqdim etdiyi Mosulu azadetmə planının arxasındakı məqsədin Suriyanı ölkədəki "mini paytaxtları" Raqqaya qaçacaq İŞİD üzvləri ilə doldurmaq olmasından şübhələnir.


Qərb mediası və amerikalı mütəxəssislər həftələrdir İŞİD-in Mosulda Stalinqradvari ölümü ilə bir müharibəyə başlayacağını və ya təşkilatın sürətlə məğlub ediləcəyini və sonra şəhərin nəzarəti üçün məzhəblərarası müharibənin başlayacağını proqnozlaşdırır. Birləşmiş Millətlər Təşkilatı mühasirədəki şəhərdən kütləvi qaçqın axınının olacağı barədə xəbərdarlıqlar edir. Lakin Suriya ordusunun bu ilin əvvəlində Palmiranı geri alması zamanı antik şəhərin sürətlə azad edilməsinə və tərk edilməsinə şahid olan suriyalılar, İŞİD-in Mosuldan asanlıqla əl çəkəcəyini və Suriyada hələ də nəzarəti altında saxladığı təhlükəsiz yerlərə getməyə çalışacağını düşünür.


İŞİD SURİYA ÜÇÜN HAZIRLANIR
Suriya ordusu kəşfiyyatının əlində indidən İŞİD-in Mosuldan gələcək terror təşkilatı üzvləri üçün Hasəkənin cənubundakı qəsəbə və kəndlərdə yeni elektrik və su şəbəkələri qurulmasını istədiyi yönündə narahatedici kəşfiyyat məlumatları var. Yəni Mosul azad olacağı təqdirdə “xilafət” ordusunun hamısı Əsəd hökuməti və müttəfiqlərinə qarşı yönəldilə bilər. Bu vəziyyət Vaşinqtonu qismən sevindirə bilər. Fəlluca bu ilin əvvəlində İraq ordusu və könüllü qüvvələrin əlinə keçdikdə çox sayda İŞİD üzvü Suriyaya qaçdı.


“Hizbullah” lideri Seyid Həsən Nəsrullah ötən həftəki Aşura çıxışında Amerikalıların Fəllucada olduğu kimi İŞİD-in Suriyanın şərqinə qaçması üçün yol açmaq niyyətində olduğunu və Mosulda da bənzər bir planın həyata keçirilə biləcəyini deyib. Başqa sözlə, İŞİD-in Mosulda məğlub olması təşkilatı qərbə üz tutub Əsəd rejimini devirməyə yönəlməsinə təşviq edə bilər.


RAQQANI KİM ALACAQ?
Son bir neçə həftədir amerikalı generallar və hərbi mənbələrdən gələn bir sıra açıqlamalar bu şübhələri çox az azaltdı. Regiona yeni təyin olunan və "Təbii Qətiyyət Operasyonu"nu idarə edən general-polkovnik Stefan Tounsend özü vəzifə başında ikən yalnız Mosulun deyil, Raqqanın da ələ keçiriləcəyini deyib. Tounsend Raqqanı kimin alacağını düşünür? Suriya ordusu bu ilin əvvəllərində reallaşan bir hücum cəhdindən sonra hərbi deyil, siyasi əsaslarla tərk etdiyi Raqqanın qərbində və Dəməşq-Hələb hərbi yolu üzərində yerləşən hərbi bazası vasitəsilə Raqqa üçün hələ də döyüşmək niyyətindədir. Rusiya açıq şəkildə atəş gücünü digər könüllü qruplar, xüsusilə də həm Moskva, həm də Dəməşqin bu gün İŞİD-dən daha təhlükəli hesab etdiyi “Nusra Cəbhəsi” üzərində artırmağı üstün tutur.


NUSRA CƏBHƏSİ” "TERRORÇU" İDİ, QİYAMÇI OLDU
Qərb siyasətçiləri və jurnalistlərin kökləri “Əl-Qaidə”yə bağlı qrupların bu addan xilas olması ümidi ilə adını "Fəth əl Şam Cəbhəsi" olaraq dəyişdirdikləri “Nusra Cəbhəsi”ni zamanla "qiyamçı" deyə adlandırıldığını Rusiya və Suriya siyasətçiləri müşahidə etdikləri barədə açıqlama verdilər. Adını açıqlamayan amerikalı bir general ötən ay verdiyi açıqlamada İraqdakı şiə qüvvələrinin İŞİD üzvlərini ölkə içərisində saxlayıb və Suriyaya qaçmalarına mane olmaq məqsədilə İraq-Suriya sərhədində Təlafər qəsəbəsini ələ keçirməsindən qorxduğunu bildirib. Bir neçə gün əvvəl isə İŞİD-in özünün Təlafəri tərk etdiyi xəbərləri yayıldı.


Pentaqona yaxınlığı ilə tanınan ABŞ mərkəzli “Military Times” adlı jurnal İraq və Suriyada yalnız 5 min əsgəri olan general Tounsendin İŞİD terrorçularını ABŞ-ın Suriyaya doğru aparmalı olduğu fikrini dilə gətirib. Tounsend isə Mosul üçün "uzun, çətin bir döyüş" olacağını söyləyib və həmçinin "mühasirə" meylində olub. Amma bunlar suriyalıların inanmadığı proqnozlardır.


SURİYA ORDUSU TERRORÇU AXININA HAZIRLAŞIR
5 ilinə çatan müharibədə 65 min itki olan və bu yaxınlarda "səhvən" olduğu deyilən amerikan bombardmanında azı 60 əsgəri ölən Əsədin ordusu Mosulun azad olunması ilə sərhədi keçməyə yönələn böyük terrorçu axınını qarşılamağa hazırlaşır. Həsən Nəsrullah da Aşura çıxışında İŞİD qüvvələri Mosulda İraqlıların özləri tərəfindən məğlub edilməyəcəyi təqdirdə iraqlıların büyük ehtimalla şiə könüllülərin terrorçu qrupla mübarizə aparmaq üçün Suriyanın şərqinə keçmək məcburiyyətində qalacağını vurğuladı.


Suriya qoşunları və rusiyalı müttəfiqlərinin eyni qrupla mübarizə aparmaq məcburiyyətində qalacağını düşündükdə cütlüyün hökmən nə qədər həyata səbəb olursa olsun Şərqi Hələbi Mosulun azad olunmasından əvvəl ələ keçirməyi sona çatdırma səylərində qəribə bir şey yoxdur.




Mənbə: Independent, Rasthaber Oxunub: 453 dəfə; Tarix: 2016-10-20 12:57:21
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında