"Nigeriyada şiə olmaq cinayət halına gəlib... Şiələri qaçıraraq qətlə yetirirlər" - Eksklüziv/Foto


Eastnews.org-un əldə etdiyi məlumatə görə, şiə müsəlmanlarının azlıq təşkil etdiyi Nigeriyada onlara qarşı təzyiqlər dalğası yenidən vüsət almağa başlayıb.

Belə ki, Nigeriyanın Kaduna vilayətinin hüquq müdafiəçisi olan eastnews.org-a verdiyi məlumatda bildirib ki, Kaduna vilayətində şiələrin Aşura və hər hansı bir dini, mədəni tədbirlərinin keçirilməsi qadağan edilib.

Polislər şiələrin evlərinə daxil olaraq azyaşlı uşaqlar və qadınlar da daxil olmaqla onlarla vətəndaşı həbs edib, polis məntəqəsinə aparıblar. Hüquq müdafiəçisi həmçinin saytımıza bildirib ki, ötən gün Nigeriya polisi hətta südəmər körpəsi olan qadını da polis bölməsinə aparıb.

Hüquq müdafiəçisi Zeynəb əl-Əmini "Bizdə olan məlumata görə, Kaduna valisi polis əməkdaşlarına şiələrin həbs edilməsi göstərişi verib. Nigeriyada şiə olmaq cinayət halına gəlib və insanlar naməlum şəxslər tərəfindən qaçırılır. Hazırda itkin düşənlərin sayı barədə dəqiq məlumat yoxdur. Çox ehtimal hökumət qüvvələri günü-gündən sayı artmaqda olan şiələri qaçıraraq qətlə yetirir", - deyə bildirib. 

Həbsdə olan Şeyx Zəkzaki barəsində verdiyimiz sualı isə hüquq müdafiəçisi belə cavablandırıb: "Ötən ildən həbs edilən şiə lider hazırda ağır vəziyyətdə həbsxanada saxlanılır və heç kəslə görüşməyə də icazə verilmir".


Sonda hüquq müdafiəçisi Nigeriyada, xüsusilə də Kaduna vilayətində şiə azlığa qarşı repressiyaların davam etdiyini qeyd edib.




Mənbə: Eastnews.org Oxunub: 3030 dəfə; Tarix: 2016-10-11 15:40:40
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında