"Türkiyə əl-Baba girsə, Yaxın Şərq cəhənnəminin qapıları açılar" - Məqalə


Eastnews.org-un verdiyi xəbərə görə, Türkiyənin Suriya siyasətində bir dəyişiklik olmadığını bildirən jurnalist və yazıçı Hüsnü Mahallı Ankaranın hələ də "Müsəlman Qardaşlar"ı Yaxın Şərqdə hakim etmək kimi boş xəyallar arxasınca getdiyini qeyd edib. Yaxın Şərqin Türkiyənin at oynadacağı yer olmadığını vurğulayan Mahallı "Əl-Baba girildiyi anda bütün cəhənnəm qapıları açılar", - deyə bildirib.


ABŞ-ın dəstəyi, Rusiyanın icazəsi ilə Suriyanın şimalında ASO adı altında qruplarla "Fərat Qalxanı" əməliyyatına başlayan Türkiyədən həm Raqqa, həm də Mosulda rol oynamaq istədiyinə dair işarələr gəlir.


Rəcəb Tayyib Ərdoğan bundan əvvəl İŞİD-in Suriyadakı qalası Raqqa əməliyyatına daxil olma arzusunu dilə gətirib. PYD-siz bir əməliyyat şərtilə TSQ-nin dəstək verə biləcəyini bildirib. Sonra İraqda İŞİD-in qalası Mosul əməliyyatına qoşulmaq siqnalı verdi.


Bəs ABŞ ilə Rusiyanın Suriyada uzunmüddətli atəşkəsə nail olmağa yönəlmiş cəhdinin boşa çıxdığı və diplomatiya zəmininin dəyişdiyi bir şəraitdə Türkiyə hara qədər irəliləyə bilər? Türkiyənin hədəfi nədir? Prezident Ərdoğanın açıqlamalarını necə izah etmək lazımdır? Jurnalist və yazıçı Hüsnü Mahallı bu sualları cavablandırıb.


TÜRKİYƏNİN MÖVQEYİ DƏYİŞMƏYİB, BOŞ XƏYALLAR ARXASINCA GEDİR


Suriyanın yaxın müttəfiqi Rusiyanın Ankaraya "Suriya vizası" verməsinə baxmayaraq, Türkiyənin Suriya siyasətində əsas etibarilə dəyişən bir şey olmadığını deyən Mahallı ərəb üsyanlarından bu yana Ankaranın regionda "Müsəlman Qardaşlar"ı hakimiyyətə gətirməyə doğru həmlələr etdiyini dilə gətirib.


Türkiyənin Suriyada döyüşən demək olar ki, bütün qruplarla səmimi olduğunu və dərin strateji əməkdaşlığa getdiyini bildirən Mahallı eyni vəziyyətin İraqda da olduğunu qeyd edərək, "Əgər Mosula bağlı danışırıqsa, Türkiyənin ritorikaları keçmişdən bu günə dəyişməyib. Bu gün Türkiyə 3000 civarında "Tarıq Haşimi"nin, sünni tayfaların və Nuceyfinin onlara bağlı tayfalardan xeyli adama təlim keçir. Bağdad hökumətinin ABŞ və digər qərbli müttəfiqlərlə birlikdə İŞİD-in Mosuldan qovulma əməliyyatı başlayanda Türkiyə də özünə görə belə xəyallara qapılır. 1925-ci ildəki Mosul ilə bağlı müqaviləni də mübahisəyə açmaq kimi, eynilə Lozannada etdiyi kimi, qəribə yanlışlıqların içinə girir", - qiymətləndirməsi aparıb.


BU QƏDƏR SƏMİMİSƏNSƏ, İNCİRLİYİ BAĞLA GÖRƏK


Türkiyədə iqtidar tərəfdarı medianın davranışı və ciddi bir müxalifət çatışmazlığından dolayı Prezidentinin hər cür ritorikasının qanuniləşdirilməsinə toxunan Mahallı hakimiyyət tərəfdarı mediada uydurulan "ABŞ-lılar səudiyyəliləri mühakimə edəcəksə, biz də ABŞ-ı mühakimə edək" ritorikasına diqqət çəkərək belə deyib:


"Bunlar səfeh şeylərdir. Bunların xarici siyasət konsepsiyaları baxımından bir tutumu yoxdur. Prezident hər kəsə hər çıxışında ağır sözlər deyir. Madam ki, bu qədər səmimisən, bağla İncirlik bazasını. 1 aylığına bağla, 3-4 günlüyünə bağla. ABŞ-lıların burada çox sayda şirkəti var. Bağla görək. Yəni bunlar xarici siyasət mənasında heç bir dəyəri olmayan ritorikalardır".


BU COĞRAFİYA TÜRKİYƏNİN AT OYNADACAĞI YER DEYİL


Suriyanın şimalında ASO çətiri altındakı qruplarla girişilən "Fərat Qalxanı" əməliyyatı çərçivəsində Prezidentin şəxsən dilə gətirdiyi əl-Bab hədəfinə diqqət çəkən Mahallı "Əl-Baba girdin, Mənbicə girdin. Bəs sonra? Oranı necə saxlayacaqsan. Suriya dövlətinin ən azından hələlik səsi çıxmır. Ruslarla razılaşmadan dolayı olduğunu deyək. Bəs sabah Suriya dövləti sənə çıx deyəndə, sən də çıxmayanda o zaman burada bir Suriya-Türkiyə müharibəsi yarana bilər. Rəsmi mənada bunu deyirəm. İki dövlət bir-birinə girə bilər. Kim udar, kim udmaz bunu bilmirik. Orada Rusiya, İran hərbi qüvvəsi, "Hizbullah" var. Belə axmaq və gülünc bir şey ola bilərmi? Bu məkan sanki təkcə Türkiyənin at oynadacağı bir yerdir. Suriya var, İraq var, İran var, ərəblər və kürdlər var", - deyə qeyd edib.


Mahallı sözlərini belə davam etdirib: "Əgər Türkiyə bədxah niyyətlidirsə, Suriya və İraqda pis niyyətlə davranırsa, bilinməlidir ki, əl-Baba girdiyi anda Yaxın Şərqin bütün cəhənnəm qapıları açılar. Bab ərəb dilində qapı deməkdir. O zaman hər kəs hər kəsin nə edəcəyini görəcək. Əgər pis niyyət varsa..."


ƏRDOĞANIN SÖZLƏRİNİN İRƏLİDƏ TUTUMU YOXDUR


Prezidentin "Mosul, mosulluların, Təlafər təlafərlilərindir. Heç kimin buralara gəlib girməyə haqqı yoxdur", - sözlərinə də toxunan Mahallı bu bölgələrin niyə xüsusilə Ərdoğan tərəfindən gündəmə gətirildiyini belə şərh edib:


"Niyə Məkkə də məkkəlilərin, Xartum da sudanlılarındır demir? Sən əgər bu tənliyin içində bir rol arxasınca deyilsənsə, hansı ki, o rol heç vaxt olmayacaq, bunları niyə deyirsən ki? Daxilə doğru bir həmlədirsə, onsuz da sənə qarşı danışacaq heç kəs yoxdur ki. Müəyyən dairələr xəyal görür. Onsuz da nə qədər proqnozlu olduqlarını gördük. Prezidentin Lozanna, Əbdülhəmid kimi istifadə etdiyi bu anlayışların bu günkü reallıqla heç bir əlaqəsi yoxdur. Yəni Lozannanı mübahisəyə çıxarırsan. Üç gün əvvəl Əbdülhəmidi mübahisəyə çıxarırsan. 4 gün sonra Suriyada ölən ASO-çuları şəhid kimi qəbul edirsən. Bunları kimə danışırsan? Daxili ictimaiyyətə doğru bir şey ifadə etmir. Tərəfdar media onsuz da elə bir haldadır ki, bunlara 100 saat da izah etsən bu dostlar heç bir şey başa düşmür".




Mənbə: Sputnik Oxunub: 645 dəfə; Tarix: 2016-10-05 16:16:47
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında