"İŞİD-in məğlubiyyəti İran-Suriya-Livan arasındakı informasiya dəhlizlərini bərpa edir"


Eastnews.org-un verdiyi xəbərə görə, Amerika jurnallarından "Wall Street Journal" İŞİD-in İraq və Suriyada məğlub edilməsinin müqavimət tandemi üçün Tehran-Dəməşq ilə Beyrut arasında kommunikasiya dəhlizləri yaradacağını və ərəb ölkələrinin Şiə Hilalı qırmaq üçün yeni bir qiyam başlamalı olduğunu iddia edib.


"Wall Street Journal" dərc etdirdiyi yazıda İranın İŞİD ilə mübarizədə müqavimət tandeminə və körfəz ərəb ölkələrinin də iŞİD terror təşkilatına olan dəstəyinə toxunub, ərəb ölkələrindən Suriya və İraqda İranın dəstəyi altında olan qüvvələrlə mübarizə aparmalarını istəyib.


Yazıda ilk olaraq region ölkələrinin İranın regionda güclənməsindən keçirdiyi narahatlığa və İran İslam Respublikası ilə mübarizə üçün İŞİD-i istifadə etməsinə toxunularaq bu ifadələr yer alıb: "Bu radikal qrupun yaratdığı alov divarı İran və müttəfiqləri Suriya və Livanın regional həmrəyliyinə mane oldu".


Jurnal Qərbin şiə və sünnilər arasında ixtilaf yaratmağa çalışan siyasətinə toxunaraq bunları yazıb: "İŞİD-in hər keçən gün qarşılaşdığı məğlubiyyətlər və nəzarəti altındakı əraziləri itirməsi İranın Tahran-Dəməşq-Beyrut kommunikasiya dəhlizləri yaratmasını yaxınlaşdırdı və bu vəziyyət Ərəb ölkələri üçün təhlükə törədir. İranın dəstəyi altında olan "Hizbullah", "Bədr Briqadaları" və İraqda "Əsaibi Əhli Haqq" kimi şiə qüvvələr İŞİD-in İraq və Suriyadan geri çəkilməsilə yaranan boşluqları doldururlar və onlar İŞİD terror təşkilatından daha çox təlimə və avadanlığa malikdirlər. Bir çox qərbli səlahiyyətli bu şiə qruplara İŞİD terror təşkilatından daha yaxşı bir qrup gözü ilə baxır və hətta bu qruplardan bəziləri İraqda Amerika hərbi hava qüvvələri ilə bilavasitə olaraq koordinasiya saxlayırlar".


"Wall Street Journal" Ali Səudun keçmiş xüsusi kəşfiyyat rəhbəri Faysal Türkinin İranın dəstəyi altında olan qruplar haqqındakı açıqlamalarına toxunaraq, "Ərəb ölkələri şiə qrupların İŞİD qədər bir təhlükə yaratdığını düşünür və qərbi "əgər biz onları dəstəkləsək, onlarda bizi dəstəkləyir" istiqamətindəki ideyasına görə qınayır", - deyə yazıb.


Məqalənin müəllifi Şiə Hilalı və İranın İraq, Suriya və Livana hakim olmağa çalışdığı iddialarını təkrarlayaraq bunları yazıb: "Amerikanın geniş bir şəkildə bölgədəki varlığı, İraqda sünnilərin qiyamı, Suriya böhranı və İŞİD-in ortaya çıxması, bunların hamısı quru əlaqəsini pozan və İranın Şiə Hilalına hakim olmasını əngəlləyən səbəblərdir. Suriya və İraqda İranın dəstəyi altında olan şiə qruplar 2011-ci ilə nisbətən daha böyük işlər həyata keçiriblər. İraq Könüllü Xalq Qüvvələri İraqdakı ən güclü qruplardandır. Suriyada da "Hizbullah" olmadan Bəşər Əsədin varlığı mümkün görünmür".


Vaşinqton İnstitutu analitiklərindən olan Endryu Tabler İranın uzaq məsafələrdə birbaşa hərbi qarşıdurma gücünün əvvəlkindən daha çox inkişaf etmiş olduğunu və müxtəlif bölgələrdə heç bir zaman bu qədər şiə qrupun varlığına şahid olmadığını bildirir.


"Wall Street Journal" İŞİD-in Amerika rəhbərliyindəki koalisiyanın hava hücumları, kürd və türk qüvvələrinin də qurudan hücumu altında olduğuna toxunaraq, növbəti aylarda İranın və müttəfiqlərinin dəstəyi altında olan qrupların İraq və Suriya sərhədlərində birləşəcəyi proqnozu verib.


"Wall Street Journal"da yer alan yazının sonunda bölgədəki ərəb ölkələrini qızışdırmağa çalışılaraq belə yazılıb: "Sünni ölkələri şiə qrupların nəzarəti altındakı bölgələrdə Şiə Hilalını qırmaq üçün yeni bir üsyan həyata keçirə bilər. İraq Baş nazirinin keçmiş müavini Saleh əl-Mütləq "İŞİD-in ortaya çıxmasına səbəb olan hallar barədə düşünmədiyiniz müddətcə müxtəlif formalarda yeni İŞİD-lərin ortaya çıxması mümkündür", - demişdi".




Mənbə: Tasnim Oxunub: 252 dəfə; Tarix: 2016-10-01 12:27:10
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında