Əsədin ölüm fərmanı: Suriyadakı müharibənin arxasında dayanan həqiqət nədir?


Suriyadakı qarşıdurma, sözün ənənəvi mənasıyla müharibə deyil. Bu, eynilə Liviya və İraqda olduğu kimi bir rejim dəyişikliyi əməliyyatıdır.


Bu qarşıdurmanın əsas mühərrik gücü 2-ci dünya müharibəsindən bu günə qədər 50-dən çox suveren hökuməti devirmiş olan dövlətdir. Əlbəttə burada Amerika Birləşmiş Ştatlarını nəzərdə tuturuq.
 
Vaşinqton bəzi ölkələrdə rejim dəyişikliyi çempionudur. Heç kim bu barədə onun yanına belə yaxınlaşa bilməz. Hal belə olduğu zaman, Amerika xalqının müdaxilə modelini hiss edəcəyi, təbliğatın arxasında yatanı görəcəyi və buna uyğun şəkildə məsul olanları ittiham edəcəyi iddia edilə bilər. Amma bu heç bir zaman olmamış kimi görünür və ehtimalla burada da olmayacaq. Sübut nə qədər inandırıcı olsa olsun, beyni yuyulmuş Amerika xalqı hər zaman, hökumətlərinin doğru şeyi etdiyinə inanır.


Lakin ABŞ Suriyada doğru iş görmür. Yarım milyon insanın öldürülməsinə, 7 milyondan çox insanın yer dəyişdirməsinə səbəb olmuş və ölkəni yaşanmaz boş ərazilərə çevirmiş olan Sələfi radikal qruplaşmaları silahlandırmaq, təlim keçmək və maliyyələşdirmək doğru şey deyil. Yanlış olan şeydir, əxlaqsız olan şeydir. ABŞ Dəməşqə özünə sərf edən bir rejim yerləşdirərək bu şəkildə Şərqdəki boru xətti koridorlarını təhlükəsizliyə almaq, Qətərdən Aİ-yə gedən həyati əhəmiyyət kəsb edən enerji ehtiyatlarının daşınmasına nəzarət etmək və bu ehtiyatların ABŞ xəzinəsinə və ABŞ maliyyə aktivlərinə dönəcək şəkildə ABŞ dolları üzərindən qiymətləndirməyə davam etməsini zəmanət altına almaq istəyir. Yaxın Şərqdəki ABŞ hegemonluğunu davam etdirmənin və Amerikanın qlobal qüvvə üzərindəki imperiya idarəsini gələcəyə daşımanın təməl düsturu budur.


Suriyadakı müharibə, Bəşər Əsəd hökumətinin 2011-ci ilin yaz aylarında etirazçılara müdaxilə etdiyi zaman başlamadı. Hadisələr haqqındakı bu versiya, həqiqətlərin üzərini örtən bir axmaqlıqdır. Müharibə 2009-ci ildə, Əsəd Qətərdən gələn və Qətər qazını Suriya üzərindən Avropa Birliyinə daşımağı nəzərdə tutan bir planı rədd etdiyi zaman başladı. 

Robert Kennedinin "Suriya: Yeni bir boru xətti müharibəsi" başlıqlı mükəmməl məqaləsində izah etdiyi kimi:

 
"Səudiyyə Ərəbistanı, İordaniya, Suriya və Türkiyə üzərindən keçəcək olan, 1,500 km uzunluğunda və 10 milyard dollar dəyərindəki boru xətti, Qətərin Türkiyədəki terminalları üzərindən birbaşa Avropanın enerji bazarlarına qoşacaqdı ... Qatər-Türkiyə boru xətti, Fars Körfəzinin Sünni krallıqlarına dünya təbii qaz bazarları üzərində təyin edici bir hakimiyyət qazandıracaq və Amerikanın Ərəb dünyasındakı ən yaxın müttəfiqi olan Qətəri gücləndirəcəkdi.


2009-ci ildə Bəşər Əsəd, "Rus müttəfiqinin maraqlarını qorumaq" üçün boru xəttinin Suriyadan keçməsinə icazə verəcək müqaviləni imzalamağa rədd edəcəyini elan etdi.


 
Əsəd, İranın təbii qaz yataqlarından başlayıb Suriyadan keçəcək və Livan limanlarına çatacaq olan Rusiyanın təsdiq etdiyi "İslami boru xəttini" dəstəkləyərək Körfəzdə Sünni monarxiyalarını daha da qəzəbləndirdi. İslami boru xətti, sünni Qətərin deyil şiə İranı Avropa enerji bazarının başlıca tədarükçüsü halına gətirəcək və Tehranın Yaxın Şərqdəki və dünyadakı təsirini təəccüblü dərəcədə arttıracaqdı"


Təbii olaraq səudiyyəlilər, qətərlilər, türklər və amerikalılar Bəşər Əsədə qarşı qəzəbli idilər. Amma nə edə bilərdilər? Onun öz iş partnyorlarını seçməsini və bazara qaz daşımaq üçün öz suveren torpaqlarını istifadə necə edə bilərdilər?


 
Edə biləcəkləri şey, yaxşı bir mafiya başçısının edəcəyi şeydi: bir neçə ayaq qırmaq və istədiyi hər şeyi oğurlamaq. Bu xüsusi vəziyyətdə Vaşinqton və intriqaçı müttəfiqləri Dəməşqə qarşı qeyri-qanuni bir vəkalət müharibəsi başlatdı, Əsədi öldürməyə və ya devirməyə və Qərb neft nəhənglərinin gələcəkdəki boru xətti müqavilələrini qapıb Avropaya gedən enerji axışını nəzarət etməsi zəmanət altına almağa qərar verdilər. Ən azından plan idi. 


Robert Kennedinin başqa bir məqaləsində belə qeyd olunur:
 
"ABŞ, Səudiyyə Ərəbistanı və İsrail kəşfiyyat təşkilatlarına aid gizli yazışmalar və hesabatlar, Bəşər Əsədin Qatar boru xəttini rədd etdiyi anda hərbi və istihbari planlaşdırıcıların sürətlə, əməkdaşlıq etməyən Bəşər Əsədi devirmək üçün Suriyada bir sünni qiyamı hazırlamağın Qətər-Türkiyə qaz əlaqəsini tamamlanma istiqamətindəki ortaq hədəfdə razılaşdıqlarını göstərir. Vikiliksə görə 2009-cu ildə Bəşər Əsədin Qətər boru xəttini rədd etməsindən qısa müddət sonra ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi, Suriyadakı müxalifət qruplarını silahlandırmaya başladı.  Qətər-Türkiyə boru xətti, Fars Körfəzinin Sünni krallıqlarına dünya təbii qaz bazarları üzərində təyin edici bir hakimiyyət qazandıracaq və Amerikanın Ərəb dünyasındakı ən yaxın müttəfiqi olan Qətəri gücləndirəcəkdi".


 
Təkrar edək: "Əsəd Qətər boru xəttini rədd etdiyi anda", öz ölüm fərmanını imzaladı. Tək başına bu hərəkət, canlı, beş min illik bir mədəniyyəti, müxtəlif müttəfiq kəşfiyyat təşkilatları tərəfindən istifadə edilmiş, hazırlanmış və yerləşdirilmiş cani fanatiklərlə dolub daşan, Fəllucaya oxşayan kimsəsiz, quraq bir mənzərəyə çevirən ABŞ təcavüzkarlığının katalizatoru oldu. Lakin bu hekayədə xüsusilə maraqlı olan şey, ABŞ-ın 60 il əvvəl, Eisenhower rəhbərliyi zamanında az qala eyni tipdə bir plana girişmiş olmasıdır. 

Kennedinin yazısının başqa bir hissəsində belə deyilir:
 
"1950-ci Başçı Eisenhover və Dulles qardaşlar xüsusilə ərəblərin özlərinə aid olan rəhbərliyi neft imtiyazlarını təhdid etdiyi zaman Ərəb millətçiliyinə qarşı qeyri-qanuni bir döyüşə girişdi. Səudiyyə Ərəbistanı, İordaniya, İraq və Livandakı tiranlara gizli Amerika hərbi yardımı edərək, Sovet Marksizminə qarşı etibarlı olaraq gördükləri radikal dini qruplaşmaları dəstəklədi.
 
Mərkəzi Kəşfiyyat İdarəsinin Suriyadakı aktiv müdaxiləsinə 1949-ci ildə - təşkilatın qurulmasından ancaq bir il sonra - başladı. Suriyanın demokratik olaraq seçilmiş dövlət başçısı Şükri əl-Küveyti, məqsədi Səudiyyə Ərəbistanının neft sahələrini Suriya üzərindən Livana bağlamaq olan Trans-Ərəbistanı Boru xəttini ratifikasiya mövzusunda tərədüdlü idi. Buna görə də MKİ çevriliş hazırlayaraq Əl-Kuveytinin yerinə CIA tərəfindən diqqətlə seçilmiş diktator, Hüsni əl-Zaim adlı vaxtı ilə fırıldaqçılığa görə həbs olunan adamı gətirdi. Əl-Zaim parlamenti ləğv etdi. Amerika boru xəttini təsdiq etməyə çox da vaxt tapa bilmədiyi üçün yeki hökumət qurulduqdan 14 həftə sonra onu devrildi.


Mərkəzi Kəşfiyyat İdarəsinin casusu Ston Aprel 1956-cı ildə 3 milyon dollar dəyərində Suriya lirasıyla, Sələfi radikalları ayağa qaldırmaq və suriyalı zabitlərə və siyasətçilərə Küveytinin demokratik yoldan seçilmiş dünyəvi rejimini yıxmaları üçün rüşvət vermək üçün Dəməşqə gəldi.


Lakin bütün bu MKİ pulları suriyalı zabitləri yoldan çıxarda bilmədi. Əsgərlər MKİ-nin pul tələsini BƏƏS hakimiyyətinə bildirdilər. Buna cavab olaraq Suriya ordusu Amerika səfirliyinə daxil olub Stonu ələ keçirdi. Sərt bir sorğu sonunda Ston kameraların qarşısında, İran çevrilişindəki və MKİ-nin Suriyanın qanuni hökumətini devirmək istiqamətindəki uğursuz cəhdindəki rolunu etiraf etdi. Bundan sonra Suriya, ABŞ-a simpatiya göstərən bütün siyasətçiləri təmizlədi və xəyanət ittihamı ilə edam etdi".


Tarixin necə təkrarlama etdiyini görürsünüzmü? Hər halda MKİ yeni bir ssenari yaza bilməyəcək qədər tənbəllik etmiş və köhnə bir ssenarini tozlu rəflərdən endirib yeni aktyorları meydana salmaq istəyirlər.


Yaxşı ki Əsəd İranın, Livan "Hizbullah"ının və Rusiya Hava Qüvvələrinin yardımı ilə özünü devirmək və başqa bir ABŞ köməkçisini hakimiyyətə gəlməsinin qarşısını aldı. Bu, bir lider olaraq Əsədin dəstəklənməsi deyil, qlobal təhlükəsizliyin milli suverenliyin qorunmasına bağlı olduğu və beynəlxalq hüququn məhək daşının, səbəbsiz təcavüzkarlığın rədd olması lazım olduğu şəklindəki prinsipin müdafiə olunması olaraq görülməlidir. 


Gerçək olan budur ki, Buşun İraq işğalı ilə Obamanın Suriya işğalı arasında bir fərq yoxdur. Əxlaqi, etik və hüquqi məsələlər eynidir. Yeganə fərq, Obamanın baş verənlər barədə Amerikan xalqını aldatmaqda daha müvəffəqiyyətli olmasıdır.


Olan bitən isə rejim dəyişikliyidir: "Əsəd getməlidir". 


Rəhbərliyin ən başından bəri təkrarladığı nəqarət bu olub. Obama və digərləri, Vaşinqtonun bölgədəki Avropa İttifaqı hakimiyyətini daha da gücləndirəcək şəkildə boru xətti koridorlarına giriş tələblərinə boyun əyməyi rədd edən, demokratik yoldan seçilmiş dünyəvi bir rejimi devirməyə çalışır. İŞİD intiriqaları, "Əsəd zalım bir diktatordur"  və "Hələbdəki döyüş qurbanı vətəndaşlar" yalanlarının arxasında olan şey gerçəkdə budur. Vaşinqton bunların heç birinə əhəmiyyət vermir. Vaşinqtonun əhəmiyyət verdiyi şey neft, güc və puldur. 

Kennedi bu barədə belə yazır: 
"Suriya münaqişəsinin, qaynaqların idarəsi üzərində həyata keçirilən və 65 ildir Yaxın Şərqdə verdiyimiz onlarla qanunsuz və elan edilməmiş neft döyüşündən ayrıla bilməz xüsusiyyətdə bir müharibə olduğunu qəbul etməmiz lazımdır. Və yalnız bu qarşıdurmanı bir boru xətti üzərinə həyata keçirilən bir vəkalət müharibəsi olaraq gördüyümüz zaman hadisələr aydın hala gəlir. "


Bu hər şeyi izah edir, sizcə də elə deyil mi?


Müəllif: Mike Whitney, 
Tərcümə: İlkin Məmmədli




Mənbə: Medyasafak.net Oxunub: 2457 dəfə; Tarix: 2016-09-30 11:58:03
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında