Şimon Peres kimdir? Qətliam və su-qəsdləri


Eastnews.org-un verdiyi xəbərə görə, işğal etdiyi Fələstin torpaqlarında müdafiəsiz müsəlmanlara qarşı qırğınlar törədən İsrailin keçmiş Prezidenti Şimon Peres öldü. İsrail parlamenti Knessetdə 48 il deputatlıq edən Şimon Peres bundan əlavə uzun müddət də Baş nazir və Prezident kimi vəzifələrdə olub. İki dəfə Baş nazirlik edən Peres 2007-2014-cü illər arasında Prezident kreslosunda oturub.


Şimon Peresin adı bundan tarixdə şəxsən aparıcısı olduğu hücumlarla da xatırlanacaq. Peresin nazir, Baş nazir və Prezidentllik dövrlərində razılıq verdiyi o qətllər və sui-qəsdlər:


QANA QƏTLİAMI
1996-ci ilin yaz aylarında Peresin Baş nazir olduğu illərdə hələ də işğal altında saxladığı Cənubi Livanda "Hizbullah"a qarşı "Qəzəb Üzümləri" əməliyyatı başladıldı. Evlərini tərk etmək məcburiyyətində qalan təxminən 400 min livanlının 800-ü BMT-yə aid Qana düşərgəsinə sığındı. İsrail 18 apreldə Qana yaxınlığından ona raket atıldığını bəhanə edərək, livanlıların düşərgəsinə hücum təşkil etdi, əksəriyyəti qadın və uşaqlardan ibarət olan 102 mülki bu hücumda həyatını itirdi. Bu amansız soyqırım təşəbbüsü tarixə "Qana Qətliamı" kimi düşdü.


CƏNİN QƏTLİAMI
İsrailin çətin şəraitdə müsəlmanların həyat mübarizəsi apardığı Cənin Qaçqın Düşərgəsinə etdiyi hücumda 1300 fələstinli həyatını itirdi, 1500 nəfər yaralandı. Şəhərciyin 80 faizinin istifadəyə yararsız hala gəldiyi Cənin qırğını 21-ci əsrin ilk kütləvi qırğın aktı kimi tarixə düşdü. 8 il komada qaldıqdan sonra 2014-cü ildə ölən "Cənin Qəssabı" ləqəbli keçmiş Baş nazir Ariel Şaron o vaxt Baş nazir ikən Şimon Peres də xarici işlər naziri kimi qırğında böyük pay sahibi idi.


"İSTİ QIŞ" QƏTLİAMI (28 fevral - 3 mart 2008-ci il)
İsrail Hərbi Hava Qüvvələrinin Qəzza zolağında İsmayıl Həniyyənin evinin yaxınlığındakı bir məntəqəyə və ətrafına atdığı bombalar nəticəsində aralarında uşaqların da olduğu 117 fələstinli həyatını itidi, 200 fələstinli də yaralandı. Təxminən 800 fələstinlinin evi viran edildi.


"TÖKMƏ QURĞUŞUN" QƏTLİAMI (27 dekabr 2008)
İsrail buraxılış mərasiminin keçirildiyi bir polis mərkəzini vuraraq aralarında HƏMAS-ın yüksək səviyyəli təhlükəsizlik nümayəndələrinin də olduğu 140 polisi qətlə yetirdi və Qəzza zolağında "Tökmə Qurğuşun" əməliyyatına başladı. 60 hərbi təyyarənin iştirak etdiyi əməliyyatın yalnız ilk saatlarında 200-dən çox fələstinli həyatını itirdi. 22 günlük işğal müddəti ərzində Qəzzaya havadan, qurudan edilən təcavüz və bombardmanlar nəticəsində çox sayda qadın və uşağın olduğu 1600 nəfər fələstinli şəhid oldu, 6 mindən artıq fələstinli də yaralandə və evsiz qaldı.


MAVİ MƏRMƏRƏ QƏTLİAMI (31 may 2010)
"İstiqamətimiz Fələstin, Yükümüz İnsani Yardım" şüarı ilə Qəzzaya yola çıxan Azadlıq Donanmasına qarşı İsrail donanması beynəlxalq sularda hücum həyata keçirdi. Mavi Mərmərə gəmisində 10 türkiyəli yardım könüllüsü həyatını itirdi, 50-dən çox könüllü də yaralandı. Hücumdan sonra bir müddət laxlayan Türkiyə-İsrail münasibətləri 2016-cı ildə AKP hökumətinin İsraillə apardığı normallaşma razılaşması nəticəsində Mavi Mərmərədən əvvəlki vəziyyətə qayıtdı.


QƏZZA QƏTLİAMI (Noyabr 2012)
İsrail havadan və qurudan yenə Qəzzaya hücum etdi. Ümumilikdə 341 nəfər qətlə yetirildi. "İsrailin özünü müdafiə etməsi məsələsində dəstəyimiz tamdır", - deyən ABŞ Prezidenti Barak Obama İsrailə dəstək verdi. Obama çox müzakirə edilən "Dünyada heç bir ölkə üzərinə yağan raketlərə səssiz qala bilməz", - açıqlamasını da bu qətliam zamanı istifadə etdi.


ŞUACİYƏ QƏTLİAMI (İyul 2014)
İsrailin 2014-cü ilin iyul ayında "Qoruyucu Xətt Əməliyyatı" adını verdiyi Fələstin torpaqlarına təşkil etdiyi hava hücumlarında 202 nəfər həyatını itirdi. Bəziləri ağır olmaqla min 400 fələstinli isə yaralandı. Bu zaman  Qəzzanın Şucaiyyə məhəlləsinə girən İsrail əsgərlərinin təsadüfi atəşi nəticəsində 72 fələstinli mülki vətəndaş həyatını itirdi, 420 nəfərin yaralandı.


PERESİN DÖVRÜNDƏ SUİ-QƏSD EDİLƏN FƏLƏSTİNLİ LİDERLƏR

İbrahim Əbu İlba
14 aprel 2008-ci il tarixində Fələstin Demokratik Qurtuluş Cəbhəsinin hərbi qanadının lideri İbrahim Əbu İlba İsrail hücumu nəticəsində həyatını itirdi.


Nizar Rayyan
1 yanvar 2009-cu ildə İsrail təyyarələri HƏMAS-ın yüksək rütbəli liderlərindən Nizar Rayyanın evini bombalayaraq həyatını itirməsinə səbəb oldu.


Səid Siam
15 yanvar 2009-cu il tarixində "Dəmir Tökmə" əməliyyatı zamanı HƏMAS hökumətinin daxili işlər naziri Səid Siam, oğlu, qardaşı və ailəsi ilə birlikdə İsrailin raket hücumunda həyatını itirdi.


Əhməd Cabari
14 noyabr 2012-ci ildə HƏMAS hərbi qanadı Lideri Əhməd Cabari avtomobilinə qarşı həyata keçirilən raket hücumunda həyatını itirdi.




Mənbə: Rasthaber, Milli Gazete Oxunub: 970 dəfə; Tarix: 2016-09-30 11:18:53
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında