"Amerika dünyada insan haqlarını pozanların lideridir"


Eastnews.org-un verdiyi xəbərə görə, Vaşinqton Qlobal Araşdırmalar Mərkəzinin tədqiqatçısı Stefan Lendman Amerikanın dünyada insan haqlarını pozanların lideri olduğunu deyərək, bu ölkənin tarixdə bütün ölkələrdən daha çox insanlığa qarşı törədilən cinayətlərin və müharibələrin səbəbkarı olduğunu bildirib. Stefan Lendman Amerika Birləşmiş Ştatlarında qaradərililərin vəziyyətinin çox ağır olduğunu qeyd edərək, Amerikanın demokratiya ölkəsi olmaqdan çox detektiv bir hökumət sayıldığını, bu ölkənin prospekt və küçələrində qaradərililərə və digər bir çox adama qarşı vəhşicəsinə cinayətlərin törədildiyini bildirib.


Stefan Lendman ilə müsahibəni təqdim edirik:


-Çərşənbə günü baş verən hadisədə bir qaradərili Şarlott polisinin atəşi nəticəsində öldürülüb və dörd polis məmuru da Şarlott şəhərindəki etirazlarda yaralanıb. Bu hadisədən sonra cümə axşamı günü Şimali Karolina rəhbəri regiondakı vəziyyətin çox təcili olduğunu bildirib. Bildiyiniz kimi Amerika Birləşmiş Ştatları özünü dünyada insan hüquqlarının qəhrəmanı kimi tanıdır, amma Amerikanın ölkədə qaradərililərə qarşı törətdiyi son cinayətlər sual işarələriylə doludur. Amerikada belə bir atmosfer hakim olduğu halda bu ölkədəki insan haqlarını necə qiymətləndirirsiniz?


-Amerika’nın Nyu-York, Nyu Cersi, Şarlott, Tulsa, Vaşinqton ve digər şəhərlərində nə zaman zorakılıq hadisəsi yaşansa, mən Amerikanın insan hakları iddialarında şübhəyə düşürəm. Eyni zamanda Orlando olayı, Maratonuda ve San Bernardoda yaşanan hücum, ya da polisin silahsız bir gənci vurması kimi olaylar da bu şübhəmi təsdiqləyir. İndiyə qədər şahid olduğumuz olaylar Amerikanın ölkədə ve dünyada insan haqlarını pozanların lideri olduğunu ve tarixdə insanlığa qarşı cinayətlər ve savaşlarda bütün ölkələrdən daha çox məsuliyyət daşıdığını göstərir. ABŞ əvvəldən dünyaya hakim olmaq üçün milyonlarla insanın həyatını öz tamahının əsiri etməyə devam edir.


-ABŞ-da qaradərililərin zorakılıq və ayrı-seçkiliyə məruz qalmasının səbəbi nədir? Bəyazlar qaradərililərə qarşı geniş bir müharibə başlatdımı?


-Amerika çox irqçi olaraq idarə edilir. Amerika cəmiyyəti köləlik üçün kapitalizm hərəkatında Cim Krounun qanunlarını müasir bir hala çevirdi və ən çox zərəri qaradərililər gördü. Hüquqşünas professor Mişel Aleksandrın ifadəsi ilə qaradərililərin çoxu 1950-ci il vətəndaş müharibəsindən öncə kölə kimi istifadə edildilər və bu gün bu insanlar həbsxanalardadır və ya şərtli azadlıqdadırlar. 1965-ci il ərəfəsində doğulan qaradərililərin 60 faizdən çoxunun attestatı yoxdur və hamısının həbsxana keçmişi var. Bu məsələ haqqında irqçiliyi qadağan edən 1964-cü qanunun əlavə mülki hüquqlar qanununa baxmağınız kifayətdir. Amerika Birləşmiş Ştatları bir demokratiya dövləti olmaqdan çox bir polis dövlətidir. Bu ölkənin şəhər və prospektlərində qaradərililər və digər şəxslər vəhşicəsinə öldürülür.


-İyun ayına qayıdaq, Amerika Senatı Orlando gecə klubuna edilən silahlı hücumdan yalnız bir neçə gün sonra Terrorizmi Monitorinq Komitəsinin siyahısında mövcud silahları uzaqlaşdırmaq kimi xalqın silah təchizatına nəzarət edən bəzi işlər görüb. Amerika Birləşmiş Ştatlarında illik olaraq 30000 nəfər atılan güllə nəticəsində həyatını itirir, vəziyyət belə ikən Senatın bu hərəkətini necə qiymətləndirirsiniz?


-Senatın iyun ayı qanunları və silah nəzarəti üçün konqresin ilk işləri boş səylər idi və çox fayda vermədi. Amerikadakı azlıqlar müxtəlif regionlarda zorakılığa məruz qalır və bu regionlarda illik olaraq silah istifadəsi ilə bağlı təxminən 100000 hadisə meydana gəlir. Keçən il polis qüvvələri əksəriyyəti qaradərili olan 1100-dən çox müdafiəsiz və silahsız şəxsi güllələyib. Amerika bir şiddət mədəniyyətidir. Mən nə vaxt evdən bayıra çıxsam və Çikaqo küçələrində yerisəm bu məsələyə qarşı diqqətli davranıram. Polis qüvvələri gülləkeçirməz jiletlər geyinirlər, amma qurbanlar Pentaqon hökumətinin dəstəyi altındakı quldurlar qarşısında müdafiəsizdirlər.




Mənbə: Tasnim Oxunub: 163 dəfə; Tarix: 2016-09-29 12:30:46
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında