Hüsnü Mahallı: "AKP heç zaman "İŞİD və "Nusra Cəbhəsi" Suriya xalqını öldürür", - demədi"


Qərbi Asiya (Yaxın Şərq) regionu, xüsusilə Suriya mövzusunda Türkiyənin aparıcı ekspertlərindən olan Hüsnü Mahallı ölkədə yaşanan hadisələrlə bağlı yeni məqalə qələmə alıb. Ekspertin "İbarət-İbrət" başlıqlı məqaləsini oxuculara təqdim edirik:


Suriyadan bəhs edən Suriya düşməni olan hər kəs adətən bu sözləri istifadə edir:


1-Əsəd rejimi
2-Əsədin ordusu
3-Əsəd tərəfdarları
4-Qatil Əsəd xalqı bombalayır
5-Əsəd 500 min insanı öldürdü
6-Əsəd legitimliyini itirdi


2011-ci ildən sonra 100 ölkə Suriyanın üzərində cəmləşincə Ərəb Birliyi Təşkilatı Səudiyyə Ərəbistanı, Qətər və ABŞ-ın təzyiqi ilə Suriyanın üzvlüyünü təxirə saldı. Eyni ölkələr və Türkiyənin təzyiqi ilə bu dəfə İslam Əməkdaşlıq Təşkilatı belə bir qərar qəbul etdi. Türkiyə başda olmaqla Suriyanın bir çox ölkədəki səfirliyi bağlandı. Çünki Suriya müxalifətini təmsil etdiyini deyən Suriya Milli Şurası və ona bağlı hökumət İstanbulda yaradılmışdı. Eynilə "Azad Suriya Ordusu" kimi. Bu təşkilatların rəhbərləri və komandirləri 5 ildir ki, İstanbulda yaşayır. Kimin vəsaiti ilə? Bunları dinləyən və "Əsədi tanımırıq", - deyən AKP hakimiyyəti Suriyanın İstanbuldakı konsulluğunu bağlamadı. Maraqlıdır.


Yüz ölkənin müharibə elan etdiyi Suriyanın BMT-dəki nümayəndəsi öz yerindədir. Suriyanın Xarici İşlər Naziri Valid Müəllim Suriya dövlətinin nümayəndəsi kimi ötən axşam BMT Baş Assambleyasında çıxış etdi. "Milliyyət" qəzeti xəbəri belə verdi: "Suriyanın sözdə xarici işlər naziri". İsrail belə bu ifadəni istifadə etmir. Deyr əz-Zordakı Suriya əsgərlərini bombalayan ABŞ belə bu nazirdən rəsmən üzr istəyib. Müəllim BMT tribunasından danışır, amma "Milliyyət"ə görə, o "sözdə" nazirdir. "Milliyyət" və tərəfdar media üçün bu qədər rəzalət normaldır. Bu media Müəllimin dediklərini heç yazmadı. Məsələn, Suriyaya daxil olan əcnəbi terrorçular barəsində. Müəllim 2011-ci ildən bu yana 83 ölkədən 360 min xarici terrorçunun Suriyaya girdiyini dedi. Bunlardan 95 mini öldürülüb, 120 mini geri qayıdıb. Qalanları Suriyadadır. Bir sözlə, dəhşətlidir.


Yaxşı, bunlar haradan daxil oldu?

ABŞ vitse-prezidenti Bayden və alman kansler Merkelə görə, azı 60 faizi Türkiyədən. Mənə görə, azı 90 faizi. Dünya tarixində buna bənzər bir nümunə yoxdur. 5 il əvvəl Suriyanın ən yaxşı dostu olan Türkiyə Suriya yıxmaq üçün xarici terrorçuları bu ölkəyə soxur.


Bəs niyə?
"Ələvi diktaturanı devirib bu ölkəyə demokratiya və azadlığı gətirmək üçün". 


Gülərsiniz, yoxsa ağlayarsınız?
Köhnə, primitiv, fanatik, demokratiya və İslam düşməni Səudiyyə və Qətərin dəstəklədiyi İŞİD, "Nusra Cəbhəsi", ASO və bənzəri təşkilatların ruh xəstəsi və pozğun üzvləri Suriyaya demokratiya gətirəcək! İşin daha da maraqlı tərəfi Suriya dövləti onlarla döyüşəndə məlum tiplər qiyaməti qoparır: "Əsəd ordusu xalqı bombalayır".


AKP dəstəkli terrorçularla vuruşan Suriyanı Türkiyə ilə müqayisə edək.


1 - 2011-ci ildə Suriyada dinc nümayişlər başlayanda heç bir hadisə baş vermədi. Bundan narahat olan İslamçılar silahlı təxribata əl atdı və hadisələr sürətlə inkişaf etdi.

2 - AKP hakimiyyəti Gezi hadisələri zamanı dinc məqsədlə küçələrə çıxan milyonlarla insana dözə bilmədi və ən sərt şəkildə müdaxilə etdi. AKP çılğına döndü, 11 nəfər öldü və yüzlərləsi yaralandı. Bəs silahlı təxribat olsaydı?

3 - Fərqli bir nümunədir, amma Türkiyə 32 ildir ki, PKK ilə döyüşür. Türkiyə nə üçün PKK-nın istədiyi hər şeyi vermədi?

4 - Türkiyə elə etsəydi, Əsəd də hazırda dövlətə qarşı döyüşən suriyalılara "Buyurun Hələbdə İslam dövlətini qurun", - deyə bilərdi. Bu da kifayət etməsə, xaricdən gələn terrorçulara "Allah yolunda cihad etdiyiniz üçün sizə də Türkiyə sərhədindəki bölgə verim. AKP-yə yaxın olarsınız", - deyərdi. Əsəd vermişkən PYD-yə də "Gəlin, kürd qardaşlarım, sizə də Rojovanı verim, gedin Şimali və Cənubi Kürdüstan ilə birləşin", - deyərdi.

5 - Əsədə "Çıx get xalq iqtidar olsun", - deyən AKP əslində ruhi xəstə olan İslamçıların iqtidarda olmasını istəyir. AKP heç bir zaman "Bunlar, yəni İŞİD və "Nusra Cəbhəsi" Suriya xalqını öldürür", - demədi, indi də demir. AKP Əsədə qarşı ayağa qalxan mülkilərə və əsgərlərə də həmişə "qəhrəman" dedi.

6 - Yaxşı, eyni AKP özünə qarşı üsyan qaldıran FETÖ-çülərə niyə vətən xaini deyir? Niyə hamısını tutub içəri atır və edam etmək istəyir. Niyə FETÖ-nün F-si ilə belə əlaqəsi olan hər kəsi içəri atır, mülkiyyətlərini müsadirə edir və dövlətlə əlaqəsini kəsir? AKP də imkan verəydi qatil FETÖ-çülər vətəndaş müharibəsi törədəydi. AKP də imkan verəydi FETÖ Prezident Ərdoğanı devirəydi, ya da öldürəydi!

7 - Son olaraq Türkiyə ordusu və təhlükəsizlik qüvvələri 20 iyul 2015-ci ildən bu yana cənub-şərqdə PKK-ya qarşı müharibəni davam etdirir. Şəhərlər, qəsəbələr və kəndlər bombalanıb. 600 min insan köç etmək məcburiyyətində qalıb. 700-ə qədər əsgər, polis və gözətçi şəhid olub. Minlərlə PKK-çı öldürülüb və sayı bilinməyən bir çox mülki vətəndaş həyatını itirib.


Bəs, Əsədə əsəbləşən Ərdoğan nə üçün bunu edir? İmkan verəydi PKK istədiyini edəydi. Üstəlik, PKK-çıların hamısı Suriyada döyüşənlər kimi xarici deyil, bu ölkənin vətəndaşıdır.


Vəziyyət bundan ibarətdir. Anlamaq istəməyənlər üçün ibrətamizdir.




Mənbə: Eastnews.org Oxunub: 272 dəfə; Tarix: 2016-09-27 12:09:53
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında