"Obamanın Suriya və İraqda terrorçulara qarşı mübarizəsi yalandır. Obama İŞİD-in özüdür"


Eastnews.org-un verdiyi xəbərə görə, Amerikadakı "Binghamton" universitetinin təqaüdçü professoru, yazıçı və siyasi analitik Ceyms Petras Amerikanı sülh prosesinə zərər verən siyasətindən dolayı tənqid edib.


Amerikalı analitik Suriya ordu qüvvələrinin Amerika döyüş təyyarələri tərəfindən bombalandığı son hadisənin Vaşinqtonun Suriya böhranını həll etmək istəmədiyini göstərdiyini bildirərək, "Amerika İŞİD ilə əməkdaşlıq etməkdədir", - deyib.


Ceyms Petras Amerikanın Deyr əz-Zor şəhəri yaxınlığında Suriya ordusunun mövqelərini bombalamasını pisləyərək, Vaşinqtonun Suriya hökumətini devirmək üçün İŞİD terror təşkilatı ilə olan koordinasiyasını, İsrail və Səudiyyə Ərəbistanı ilə olan koalisiyanı və eyni zamanda Amerikanın Suriyadakı terrorçu qruplara verdiyi maliyyə yardımını tənqid edib.


Ceyms Petras müsahibəsində bu açıqlamalar verib:


Sual: Suriyada atəşkəs planıdan sonra Amerikanın terrorçu qruplarla həqiqətən də mübarizə aparmaq istədiyi gündəmə gəldi, amma ötən həftənin şənbə günü Deyr əz-Zorda Amerika rəhbərliyindəki koalisiya təyyarələrinin Suriya Ordusunun mövqelərini bombalaması bəzi adamları Amerikanın Suriyada sülhü istədiyi barədə şübhəyə saldı, sizin Suriya ordusuna edilən hücum haqqındakı düşüncələriniz nələrdir?


Cavab: Vaşinqtonun Suriya böhranını sülh və danışıqlar yolu ilə həll etmək istəmədiyi çox açıqdır. Suriya ordusunun mövqelərinin bombalanması Amerikanın müharibə tərəfdarı siyasətini və Vaşinqtonun Rusiya ilə hər cür razılaşmaya qarşı olduğunu göstərir. Əgər ötən həftəyə qədər sülh prosesinin davam etdiyi barədə şübhələr vadısa, bu son hücum Vaşinqtonun sülh prosesinə deyil, müharibəyə girdiyini sübut edir. 60 suriyalı hərbçi Amerikanın əmri ilə öldürülüb və növbəti hücum İŞİD terrorçuları tərəfindən həyata keçirilib və bu vəziyyət Amerikanın terror təşkilatı İŞİD ilə əməkdaşlıq etdiyini göstərir. Hadisələrin və hücumların ard-arda baş verməsi təsadüfi deyil. İlk olaraq bombardmanın həyata keçirilməsi və sonra İŞİD terror təşkilatının hücum etməsi Vaşinqtonun bu təşkilatla əməkdaşlıqda olduğunu sübut edir. Onlar Bəşər Əsəd hökumətini devirmək və Rusiyanı alçaltmaq üçün birlikdə təcavüz siyasəti yeridir. Rusiya Amerika ilə Suriyada sülh danışıqları axmaqlığına davam edə bilməz. Amerika mediası bu açıq qanun pozuntusunu ört-basdır edir. Obama hökuməti bu bombardmanı qəbul edəcək kimi görünmür və məsələ ilə bağlı aparılan araşdırmalar da absurd bir şou olacaq.


Sual: Rusiya Xarici İşlər Nazirliyi hava hücumunun Vaşinqtonun İŞİD ilə mübarizədə Rusiya ilə əməkdaşlığa qarşı əməlinin nəticəsi olduğunu açıqlayıb. İki ölkə arasındakı müqavilənin detallarının açıqlanmadığını nəzərə alaraq, Amerika və Rusiyanın birgə əməliyyatla terrorçu qruplarla mübarizə edə biləcəyinə inanırsınızmı?


Cavab: Vaşinqtonun Rusiya ilə bağlanan hər hansı bir müqavilənin uğurlu olmasını istəmədiyi çox açıqdır. Mən Rusiya xarici işlər naziri Sergey Lavrovun çox səfeh bir oyun oynadığını düşünürəm. Əgər Vaşinqtonun sözünə sadiq olacağına inanırsa, dinc bir həll yolu həyata keçirilməsi üçün söz almalıdır. Mən bu məsələyə daha əvvəldə də şahid olduğumuzu düşünürəm. Rusiya xarici işlər naziri Vaşinqtonun tərəfdaş olduğunu və Con Kerri ilə müzakirələrin xoş niyyət çərçivəsində baş verdiyini iddia etdi, amma hər zaman müqavilədən sonra İŞİD-in hücumlarının daha da artdığını gördük. Vaşinqton bütün rejimləri öz müharibə vəziyyətini möhkəmləndirmək və terrorçu qruplara qarşı verdiyi sözləri artırmaq üçün sui-istifadə edir. Bu səbəbdən nə keçmişdə, nə indi, nə də gələcəkdə Obama və Kerri ilə Suriya böhranının dinc yolla həll olunacağına inanmıram.


Sual: Suriya müharibəsinin başladığı gündən etibarən və xüsusən Amerika Prezidenti Barak Obamanın MKİ-yə gizlincə Suriyadakı üsyançı qruplara silah verməsinə icazə verdiyi 2013-ci ildə Səudiyyə Ərəbistanı bu qrupların maliyyə olaraq baş dəstəkçisi halına gəldi. Sizin Suriya müqavimət qüvvələrinin silahlı terrorçu qruplarla mübarizəsindəki rolu haqqında düşüncələriniz nələrdir?


Cavab: Mən suriyalıların Rusiyadan hava dəstəyi aldığını düşünürəm, amma Rusiya Amerika ilə danışıq tərəfdaşı kimi çox kövrəkdir. Bu səbəbdən də Rusiyanın Suriyaya çox əhəmiyyətli ölçüdə hava dəstəyi təmin etməsinə və terrorçularla mübarizədə bir çox yardım göstərməsinə baxmayaraq, Rusiyanın Amerika ilə apardığı müzakirələr o qədər də konstruktiv deyil və müsbət nəticələri olmayıb. Başqa sözlə, "Hizbullah"ın və İran Könüllü Xalq Qüvvələrinin Suriyaya çox kömək olduğunu və əsl düşmənin kim olduğu haqqında bir illüziya olmadığını düşünürəm. Mən onların Amerikanın İsrail və Səudiyyə Ərəbistanı ilə koalisiyanın Suriyaya hücumların artmasının əsas səbəbi olduğunu düşündükləri fikirdəyəm. Mən Yaxın Şərqdəki ən böyük diktaturalardan biri və Amerikanın tərəfdaşı olan və Amerikanın dəstəklədiyi müddətcə Yəmən xalqını qətlə yetirməyə davam edən Səudiyyə Ərəbistanına kimsənin artıqlaması ilə etibar edəcəyini düşünmürəm. Ərəbistanının rolunun tamamilə mənfi olacağı fikirdəyəm.



Digər tərəfdən daha bir tanınmış jurnalist Mişel Çusodovski məqalə yazaraq ABŞ hökumətini və prezident Barak Obamanı tənqid edib.


"Obama, sən şəxsən İŞİD-sən. ABŞ Suriyada İŞİD-i dəstəkləyir. Onlara bu işdə Türkiyə və Səudiyyə Ərəbistanı yardım edir. Obamanın Suriya və İraqda terrorçulara qarşı mübarizəsi yalandır" deyə Mişel Çusodovski bildirib.


Deyr əz-Zor hücumunda yaralanan Suriya əsgəri ilə söhbətini xatırladan Mişel Çusodovski əsgərin belə dediyini yazıb: "Biz Suriya əsgərləri ilk iki atışdan sonra bizə yardım gəldiyini düşündük. Amma ortaya çıxdı ki, döyüş təyyarələri bizim hərbi qüvvələrimizə avia zərbə endirir. ABŞ üzərimizə sarmaşıq bombası atdı. Hadisədən bir gün qabaq ABŞ pilotsuz təyyarələri bölgədə uçuşlar reallaşdırırdı. ABŞ hücumu bütün müdafiə nöqtələrimizi və hərbi qüvvələrimizi məhv etdi. ABŞ-ın hücumundan sonra İŞİD terrorçuları da bizə hücum etdi. Onlardan bəziləri gülürdü".

 

Mişel Çusodovski əsgərin ABŞ vertolyotlarından atəş açdığını dediyini məqaləsində yazıb.


Jurnalist vurğulayıb ki, ABŞ hücumları bilərəkdən və İŞİD ilə əməkdaşlıq çərçivəsində həyata keçirib.




Mənbə: Tasnim Oxunub: 991 dəfə; Tarix: 2016-09-22 15:30:14
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında