İŞİD Yaxın Şərqdə zəifləyir; xüsusi komandirlər bir-bir öldürülür - Araşdırma


Suriyanın Hələb şəhəri ətrafında baş verən qarşıdurmalarda İŞİD terror təşkilatının mətbuat katibi olduğu bildirilən Əbu Məhəmməd əl-Adnaninin öldüyü barədə daha öncə xəbər vermişdik.


İŞİD terrorçu qruplaşmasının rəhbəri Əbubəkr əl-Bağdadiyə yaxınlığı ilə tanınan və İdlibdə doğulan Adnani terror təşkilatının Suriyadakı önəmli liderlərindən olub.


İŞİD qan itirir

İŞİD terrorçu qruplaşması son iki ildə bir çox əhəmiyyətli üzvünü, Suriya və İraqda isə işğal etdiyi torpaqların bir hissəsini itirib.


Terrorçu qruplaşma bir tərəfdən Suriyada Türkiyə-Suriya sərhədindən cənuba sıxışdırılaraq Rəqqada mühasirəyə alınması üçün çalışılır, digər tərəfdən isə İraqdakı əməliyyatlarla Mosul ətrafındakı Qəyyarə kimi strateji və iqtisadi baxımdan əhəmiyyətli bölgələrin idarəsini də əldən verir.


İraq və Suriyada ciddi torpaq itkisinə məruz qalan İŞİD son iki ildə əhəmiyyətli komandirlərinin öldürülməsiylə də böyük güc itkisinə uğrayıb.


Bu itkilər səbəbindən təşkilata qoşulanların sayı azalıb, terrorçu qruplaşma daxilində qarşıldurmalar başlayıb.


İŞİD əhəmiyyətli komandirlərini itirdi


İŞİD-in ikinci adamı olaraq bilinən Əbdürrəhman əl-Qaduli mart ayında öldürülmüşdü. İraq ordusunda hərbçi olan əl-Qaduli İraqda bir müddət fizika müəllimliyi ilə də məşğul olub.


Əbubəkr əl-Bağdadi və Əbu Məhəmməd əl-Adnani ilə İraqdakı Buqqa həbsxanasında qalan əl-Qaduli "Ərəb Baharı"ndan sonra Suriyada başlayan proseslər dövründə sərbəst buraxılıb.


Əbubəkr əl-Bağdadi tərəfindən Suriyaya göndərilən əl-Qaduli Suriyada təşkilatın maliyyə məsuliyyəti vəzifəsini öz üzərinə götürüb.


Əbu Müslim əl-Türkmənin ölümü də terrorçu qruplaşmaya zərbə oldu

Əbu Müslim əl-Türkməni və ya Hacı Mutəz olaraq bilinən, Mosulun şərqində yerləşən Təl Afərdə doğulan İŞİD yaraqlılarının komandirinin öldürülməsi onları zəiflədib.


Səddam dövründə İraq ordusunda polkovnik rütbəsi ilə vəzifəsini icra edən Əbu Müslim əl-Türkməni ABŞ-ın İraq işğal etməsindən sonra vəzifəsindən ayrılıb.


Əl-Türkməni İraq ordusunda xidməti zamanı sabiq İraq lideri Səddam Hüseynə yaxınlığı ilə tanınıb.


Amerika Birləşmiş Ştatlarının İraq işğalı əsnasında həbs edilərək Buqqa həbsxanasına göndərilib. İşğaldan sonra keçirilən ilk seçkilərdən sonra azad edilib. Dialoqa açıq olmayan və öz fikirini qəbul etdirmək üçün bütün yollara müraciətdən qaçınmayan rəftarıyla tanınır. Əl-Türkməni türkmənlərin İŞİD terrorçu təşkilatına qoşulması üçün də müxtəlif işlər aparıb.


Ömər Şişaninin ölümü terrorçu qruplaşma daxilində qarışıqlığa səbəb oldu
Ömər Şişaninin ölümü İŞİD-i sarsıdan və zəiflədən başqa bir hadisədir.


Öldürüldüyünə dair onlarla xəbər nəşr olundu, hər dəfə isə hücumdan xilas olduğu ortaya çıxdı. Əsl adı Tarhan Batirşvili olan Ömər Şişani Gürcüstanda doğulub. 2006-2007-ci illərdə Gürcüstan ordusunda məcburi xidmət yerinə yetirib.


Abxaziyada əsgərliyini icra edən Ömər Şişani 2008-ci ildə Rusiyanın Gürcüstanla müharibəsində də Gürcüstan ordusunda yer alıb.


Rusiya-Gürcüstan müharibəsində çavuş rütbəsi alan Gürcüstan ordusunda xidmət edən Şişani 2010-cu ildə vərəm xəstəliyi səbəbindən ordudan ayrılıb.


Silah ticarəti etdiyi səbəbindən 3 il həbsə məhkum edilən Şişani xəstəliyi ilə bağlı bu müddət bitmədən azad edilib.


Suriyada böhranın başlamasından bir il sonra "Mühacir vəl Ənsar" ordusunu yaratmaq üçün Çeçenistana gedib. 2013-cü ildə isə İraq-Suriya bölgəsinə gələrək İŞİD-ə beyət edib.


Əbu Nəbilin öldürülməsi İŞİD-ə ənardan qoşulma hallarını ləngitdi

Ölümüylə İŞİD-i zəifliyə və güc itkisinə uğradan bir başqa ad isə Əbu Nəbil əl-Ənbar və ya Əbul Muğirə əl-Qəhtani olaraq bilinən Vesa Əbdüz-Zeydidir. Təşkilatın Liviya nümayəndəliyini icra edən Əbu Nəbil əl-Ənbar noyabr 2015-ci ildə öldürülüb. Ölümüylə birlikdə təşkilat içərisində ayrı-seçkiliyin yarandığı qeyd olunur.


Əbu Nəbil əl-Ənbar Cubur əl-Elm tayfasının liderlərindəndir və üzvlərinin olduğu bir yığıncaqda, uşaqların da İŞİD-ə qatılmasının lazım olduğunu təşviq edən çıxışı ilə tanınır.


Ənəs ən-Nəşvaninin öldürülməsi İŞİD daxilində şübhələrə səbəb oldu


Suriya ordusunun təşkil etdiyi bir əməliyyatda öldürülən Ənəs ən-Nəşvan olaraq tanınan Əbu Malik əl-Təmiminin ölümü İŞİD-i daha da zəiflədən digər bir hadisədir.


Ənəs ən-Nəşvan 6 il Əfqanıstanda "Əl-Qaidə" sıralarında terrorçuluqla məşğul olub. 2014-cü ildə isə "Əl-Qaidə"dən ayrlıb, Suriyaya gəlib və İŞİD-ə qatılıb. İŞİD-ə qatılandan qısa müddət sonra əhəmiyyətli liderlərdən biri olub.


Ənəs ən-Neşvan Səudiyyə Ərəbistanının paytaxtı Riyadda hüquq sahəsində ali təhsil alıb.


Qısa müddətdə təşkilatda yüksələn ən-Nəşvan, Efiopiya və Liviyadaki kilsə hücumlarından sonra təşkilat içərisində mövqeyi sorğulanmağa başlanıb.


Osman Əli Nazihinin öldürülməsi terrorçuları ruhdan saldı


İŞİD terrorçu qruplaşmasının liderlərindən olan Osman Əli Nazihinin ölümü də təşkilatın güc itirməsinə səbəb olub.


Səudiyyə Ərəbistanıda müftilik edən Osman Əli Nazih İŞİD-dən əvvəl "Əhraruş Şam"da da terrorçuluq edib.


Osman Əli Nazihi Kobanidəki döyüşlərdə məhv edilib.


Eastnews.org




Mənbə: Tasnim Oxunub: 693 dəfə; Tarix: 2016-09-03 15:06:05
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında