ABŞ-dan etiraf: "İranın raket sitemi dünyadakı tarazlığı dəyişdirəcək"


Eastnews.org-un verdiyi xəbərə görə, Amerikada yerləşən “American Enterprise Institute” adlı düşüncə mərkəzi İranın regional rəqiblərinin S-300 raket sisteminə nüfuz etmələrinin mümkünsüzlüyü barədə açıqlama verib.


Amerika Düşüncə Mərkəzi "American Enterprise Institute" S-300 raket sisteminin İranda yerləşməsi ilə əlaqədar olaraq nəşr etdirdiyi analizdə "S-300 raket sisteminin İranda yerləşdirilməsi regiondakı strateji güc tarazlığını dəyişdirəcək və nəzərə alınması vacib olan bir amildir", - deyə yazıb.


Sözügedən düşüncə təşkilatının təhlilində bu fikirlər yer alıb:


"Amerika S-300 raket sistemini məğlub edə bilər, amma bu raket sisteminin aradan qaldırılmasında inkişaf etmiş gizli təyyarələr üçün əhəmiyyətli dərəcədə büdcə ayrılması və sonsuz bir hərbi səy lazımdır. İndi İsrail və ərəb ordusunun bu raket sistemini ortadan qaldıra biləcək bir gücü yoxdur və hazırki şəraitdə iranlılar Rusiyanın bu sistemin daha inkişaf etmiş bir variantını göndərməkdə olduğunu açıqlayıb. Region ölkələrinin mövcud qabiliyyətləri qorumaq və İrana hava hücumu təşkil etmək üçün Amerikadan ən inkişaf etmiş təchizat və silahları satın almaları və hərbi münasibətlərini düzəltmək lazımdır. Əgər onlar bu qabiliyyətləri artırmağa çalışmasa, İran özünə qarşı ən mühüm regional çəkindirici amili dəf edə bilər. Amma əgər ərəblər qabiliyyətlərini artırsa və etdirsələr, S-300 raket sisteminin İranda yerləşdirilməsi bölgədə silah rəqabətinin artmasına kömək edəcək".


Bu fikir mərkəzi analizin başqa bir hissəsində S-300 raket sistemini əmələ gətirən parçalara toxunaraq, bu sözləri işlədib:


"Rusiya davamlı olaraq bu sistemi təşkil edən hissələri inkişaf etdirir. Əlbəttə, bu sistemin hissələrinin köhnə və yeni variantları İran üçün həyati əhəmiyyət kəsb edir. Rusiya İrana bu sahədə daha çox imkan verdiyi qədər ki, İranda özünü yeniləyə biləcək. Ruslar özləri S-400 və S-500 raket sistemlərinə malikdirlər və bu prosesdə Rusiyanın İrana belə bir yardım etmə ehtimalı da var. Çünki S-300 əvvəlki və sonrakı variantlarla uyğunluq təmin edə biləcək şəkildə istehsal edilib. Yaxın bir zamanda S-400 və S-500 də İrana göndərilə bilər və İran da çox yaxında bu raket sistemi haqqında lazımi bacarıqları qazanacaq. S-300-ün ayrı bir hekayəsi var və bu raket sistemi İrana regiondakı digər ölkələrə qarşı böyük ölçüdə üstünlük verib. Xüsusilə Amerikanın maraq dairəsinə daxil olan sahələrdə hava hücumlarını çox çətinləşdirəcək. Bu raket sistemi Amerikanın regionda əvvəlki hava üstünlüyünə mane olacaq. Əlbəttə, Amerika bu sistemi məğlub edə bilər, ya da zərərsizləşdirə bilər, amma bunun üçün büdcəyə və zamana ehtiyac var. Digər tərəfdən, əgər İran mətbuatının açıqlamaları doğrudursa, İranın aldığı S-300 raket sistemi əvvəlki varianta nisbətən daha təsirlidir".


Bu təhlilin sonunda bu sözlər yer alıb: "S-300 raket sisteminin İranda yerləşdirilməsi strateji güc tarazlıqlarını dəyişdirəcək. Çünki Amerikadan başqa dünyada heç bir ölkə S-300-ə qarşı hücum gücünə malik deyil. Sadəcə Amerika bu sistemə hücum etmək üçün lazımi silah və xüsusi təchizata malikdir. Heç bir ölkə və ya koalisiya mövcud silahları bu sistemə qarşı bir hücumda edə bilməz və hücum etdiyi təqdirdə ağır bir zərbə alar. Hər hansı bir ölkə və koalisiyanın S-300 sisteminə hücum etməsi üçün ən azından kiber və casusluq kimi müxtəlif üsullara ehtiyacı var".




Mənbə: Rasthaber Oxunub: 1315 dəfə; Tarix: 2016-08-22 16:29:06
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında