Yaxın Şərq üzrə ekspert İslam Özkan: “Yəməndə Mansur Hadi dönəmi rəsmən bitti”


Bir qədər əvvəl Yəmən parlamentinin eks-prezident Mansur Hadiyə impiçment elan edərək onu vəzifəsindən azad etməsi, ardınca da parlamentin yeni prezident təyinatı barədə xəbər vermişdik. Bir sıra ekspertər hadisəni "Ənsarullah" hərəkatının siyası səhnədəki mühüm qələbələrindən biri kimi dəyərləndirir.

 

Mövzu ilə bağlı Eastnews.org-a münasibət Yəmən "Əl-Məsirəh" telekanalının Türkiyə təmsilçisi, YaxınŞərq üzrə ekspert İslam Özkan yeni vəziyyətlə bağlı bir sıra mühüm məqamlara aydınlıq gətirib:


“Əslində burada prezident seçilmir. Yəmən parlamenti 2 il aradan sonra ilk dəfə toplandı. Bu özü bir mühüm mövzudur. Keçmiş Prezident Abdurabbu Mənsur Hadinin “bu parlement qeyri-legitimdir, toplanmamalıdır" və digər bir sıra təhdidlərinə baxmayaraq bu parlamentin toplanması, millət vəkillərinin hücumlar altında Sənada toplanması önəmli idi. Bu da əslində "Ənsarullah" hərəkatının nə qədər güclü olduğunu və millət vəkillərinin də Səud rejimi və onun oyuncağı olan Mansur Hadinin təhdidlərinə əhəmiyyət verməmələrini nümayiş etdirmələri baxımından çox önəmlidir. Prezident vəzifəsi hələ ki, kiminsə tərəfindən üzərinə götürülməyib, amma, parlamentin Siyasi Şurası həm ölkədəki bir sıra işləri görür, həm də şura sədri də əsasən prezidentin səlahiyyətlərini icra edir. Əslində isə prezident vəzifəsini Siyasi Şura icra etdiyini deyə bilərik. Parlamentdən yalnız bu Siyasi Şura etimad almışdır”. 

 

Digər tərəfdən Küveytdəki müzakirələrin bitmədiyini dilə gətirən İ.Özkan hesab edir ki, ara-sıra bu prosesdə fasilələr yaransa da, bu mövzuda yeniliklər ola bilər.

“Parlamentin toplanması və Siyasi Şura sədrinin də prezident səlahiyyətlərinin icrasını üzərinə götürməsi qarşı tərəfin təhdidləri qarşısında bir mövqe ola bilər. Yeni prezident seçilməsə, bütün siyasi partiyaların bir araya gəlməsi və Küveytdəki müzakirələrin uğurla başa çatmasında böyük rol oynaya bilər. Yəqin ki, Mansur Hadi növbəti prezident olmayacaq. Çünki o, legitimliyini itirmişdir. "Ənsarullah", Əli Abdullah Salehinin bunu qəbul etməsi mümkün görünmüşdür. Körfəz ölkələri də ona təzyiq edirlər. Dolayısı ilə çox böyük ehtimalla yeni prezident tərəflər arasındakı ortaq razılaşma ilə seçiləcək. Bundan sonra Mənsur Hadi heç bir şəkildə prezident vəzifəsini icra edə bilməz və onun parlament tərəfindən tanınmaması artıq elan edilib. Dolayısı ilə yeni bir prezidentin seçilməsi deyil, var olan prezidentin istefası tələb olunub və səlahiyyətləri əlindən alınıb.

 

Hazırda 140 deputatla Yəmən parlamenti fəaliyyətini bərpa edib. Bu yeni mərhələdə bundan sonra M.Hadinin Yəmənlə bağlı hər hansı bir qərarı verə biləcək vəziyyətdə deyil. Bu mənada müzakirələrdən M.Hadi ilə hər hansı yeni bir şeyin çıxacağını zənn etmirəm. Onun təkrar vəzifisəni geri qayıtması, onun üzərində yenidən razılaşma əldə edilməsinə dair hər hansı bir qərarın verilməsi mümkün deyil. Bundan sonra M.Hadi Yəməndəki hakimiyyətini itirmiş vəziyyətdə qalır. Amma bu məsələdə Səudiyyə Ərəbistanın nə edə biləcəyi önəmlidir.

İkinci tərəfdən də hərbi baxımdan bir-birinə qalib gələ bilmir. Burada 3 amil var: 1. "Ənsarullah" hərəkatı, 2. M.Hadi tərəfdarları və Səudiyyə koalisiyası və 3. "Əl-Qaidə" və İŞİD. Yəni bunlar müəyyənedici olacaq. Hərbi olaraq da bir birilərindən çox üstün deyillər. Regional qüvvələrin də tərəflər üzərindəki təsirini unutmaq olmaz”. 

 






Mənbə: Eastnews.org Oxunub: 355 dəfə; Tarix: 2016-08-17 06:58:53
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında